ice berg

ice berg Xəbərlər 1-06-2025, 07:00

Azərbaycan BMT-nin mühüm şurasına üzv seçildi

Azərbaycan BMT-nin mühüm şurasına üzv seçildi

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilib.

 

Loading.aZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan Respublikası ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.

 

"UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna üzvlüyümüz 2025-2029-cu illəri əhatə edəcəkdir.

 

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək", - məlumatda deyilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
171 173 145 179 189 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.