Ona məndən salam deyin!
📚🌹♥️
Ölüb deyin, qalıb deyin,
Payız kimi solub deyin,
Lap istəsəz, dolub deyin,
Amma bircə o yarıma
Bircə kəlmə salam deyin,
Ona məndən salam deyin!
📚🌹✨
Mən ağladım güləndə də,
Bu dünyaya gələndə də.
Deyin ona, öləndə də
Dedi: Ona salam deyin,
Ona məndən salam deyin!
♥️🌹Samir Əfsəroğlu







