weher uwagi

weher uwagi Azərbaycan 3-06-2025, 10:50

Nemət Cavadlı – 30

Nemət Cavadlı – 30

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi Nemət Cavid oğlu Cavadlı 1995-ci il iyunun 3-də İmişli şəhərində anadan olub. 2001-ci ildə N.Nərimanov adına 1 saylı hümanitar–fənlər təmayüllü məktəb–liseyə daxil olmuşdur. 2012-ci ildə məzun olmuşdur. 2013–2014-cü illərdə Bakı şəhərində hərbi xidmətdə olmuşdur. 2015-ci ildə gizirlik kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra Qusar rayonunda gizir kimi hərbi fəaliyyətə başlamışdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nemət Cavadlı noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə ", "Şuşanın azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif edilib.

Allah Rəhmət Eləsin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 243 247 246 230 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.