193 yaşı var və hələ də sağdır?
Atlantik okeanının Müqəddəs Yelena adasında yaşayan nəhəng Seyşel tısbağasının adı Conatandır. 2006-cı ildə təxminən 255 yaşında ölmüş Advayta adlı tısbağadan sonra yaşı çox olan və hələ də sağ qaldığı ehtimal edilən ən yaşlı yerüstü canlıdır.
Conatan digər üç tısbağa ilə birlikdə bu adaya 1882-ci ildə təxminən 50 yaşında Seyşel adalarından gətirildi. Tısbağa öz adını 1930-cu illərdə adanın qubernatoru ser Spenser Devisin şərəfinə aldı. O, qubernatorun rəsmi iqamətgahı olan Plantation House ərazisində yaşamağa davam edir; Müqəddəs Yelena adası hökuməti onun qayğısına qalır.
Aşağıdakı şəkildə Conatan təxminən 1900-cü ildə İkinci İngilis-bur müharibəsi (Cənubi-Afrika ilə Britaniya arasında baş vermiş döyüşlər) zamanı məhbusun yanında göstərilib.

Conatan periodik olaraq müxtəlif verilişlərdə və TV proqramların çəkilişlərində olur. Conatan Müqəddəs Yelena adası beş pens sikkəsinin arxa tərəfində təsvir edilmişdir.
2015-ci il üçün Conatan katarakta səbəbindən kor oldu, iybilmə qabiliyyətini itirdiyinə görə də yemək axtara bilmir, lakin əla eşitmə qabiliyyətini saxlamışdır. Conatan Frederika adlı dişi tısbağa ilə yaşayır.
2022-ci ilin fevralında Conatanın ehtimal edilən 190 illiyini qeyd etmək üçün ada rəsmiləri bir sıra xatirə markaları buraxdırmağı planlaşdırırdılar, ziyarətçilər isə onun ilk məşhur ayaq izinin şəkli olan sertifikat əldə etdilər.






