ice berg

ice berg Bürclər 7-06-2025, 19:00

Ən dürüst 5 BÜRC Əsla yalan danışmırlar

Ən dürüst 5 BÜRC Əsla yalan danışmırlar

Bəzi insanlar nə düşünürlərsə, onu deməkdən çəkinməzlər. Onlar duyğularını gizlətməkdənsə, açıq şəkildə ifadə etməyi üstün tuturlar. Astrologiyada da bəzi bürclər dürüstlükləri və səmimi davranışları ilə seçilirlər. 

 

Loading.aZ Türkiyə KİV-ə istinadən həmin bürcləri təqdim edir. 

 

Qoç

 

Qoç bürcü təbiliyi və açıq davranışları ilə tanınır. O nə düşünürsə, birbaşa ifadə edir. Dürüstlük onlar üçün bir dəyər deyil, sanki refleks kimidir. Bu səbəbdən bəzən düşünmədən danışırmış kimi görünsələr də, əslində səmimiyyətləri daha çox nəzərə çarpır.

 

Qız 

 

Qız bürcü dürüstlükdən əsla imtina etməz. Tənqidləri adətən yerində və əsaslı olur, lakin bəzən çox açıq və sərt ola bilərlər. Qarşısındakı insana həqiqətən kömək etmək istədikləri üçün sözləri dolaşdırmazlar. Əgər nəyinsə yanlış və ya natamam olduğunu düşünürlərsə, bunu açıq şəkildə dilə gətirirlər.

 

Oxatan 

 

Oxatan bürcü azadlığa düşkündür və bu azadlıq anlayışı düşüncələrini ifadə tərzinə də əks olunur. Nə hiss edirsə, hansı fikirdədirsə, çəkinmədən paylaşır. Bu, bəzən anlaşılmazlıqlara səbəb olsa da, dürüstlükdən əsla geri addım atmazlar. Onlar üçün səmimiyyət sosial münasibətlərin əsasını təşkil edir.

 

 

Oğlaq

 

Oğlaq bürcü məntiqli və ciddi xarakteri ilə tanınır. Hadisələrə emosional deyil, realist yanaşar. Bu səbəbdən eşitmək istəmədiyiniz sözləri sizə ən sadə formada deyə bilərlər. Sözləri dolaşdırmağı sevməzlər, çünki aydınlığa böyük önəm verirlər. Bu da onları olduqca etibarlı edir.

 

Buğa 

 

Sonuncu olaraq isə Buğa bürcü səbirli və sakit xarakterə malikdir, amma dürüstlükdən əsla imtina etməz. Qarşısındakını incitməmək üçün bəzən sözlərini seçməyə çalışsa da, mahiyyəti gizlətməz. Xüsusilə dəyər verdikləri insanlara qarşı açıq və şəffaf olmağa çalışırlar. Həqiqətləri gizlətmək onlar üçün narahatlıq səbəbidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 196 215 192 179 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.