Xəstəliklə mübarizə aparan Sərdar Ortac sevənlərini təəccübləndirdi
İllərdir MS ilə mübarizə aparan Serdar Ortaç Harbiye Açıq Hava Teatrında verdiyi konsertdə heç bir kömək almadan səhnəyə çıxaraq pərəstişkarlarını təəccübləndirib.
Sun.Az türk mediasına istinadən xəbər verir ki, siqareti, içkini və qumar oyunlarını tamamilə tərk etdiyini açıqlayan Ortaç "Əvvəllər yeriməkdə çətinlik çəkirdim, indi ayaq üstə dururam" deyib.
Anası ilə kulisdə duyğulu anlar yaşayan sənətçi sevgi qapısını da bağladığını açıqlayıb.






