Khalifa

Khalifa Şeirlər 23-09-2017, 07:55

İkimiz də yorulmuşuq

İkimiz də yorulmuşuq


Soruşmasın heç kim onu,
O yalnız mənə aiddi,
Mənə şeir,
Mənə yazı,
Mənə can kimi vacibdi.
Mən onu tanrıdan oğurlamışam,
Mən onu göydən tapmışam,
Mən ona aldanmışam,
Mən ona inanmışam,
Mən ona islanmışam,
Mən ona saxlanmışam.
Bir başqa səslənir adım,
Bir başqa çıxır dilindən.
Elə gözəl gülür ki,
Adam ölür dərdindən.
Saçını günəş darayıb,
Gözünə ay sığal çəkib,
Üzünü görmək kimidir,aya baxmaq.
Sən uzağa,məsafəyə,
Sən günlərə,illərə,
Sən zamana,müddətə,
Həftəyə,aya baxma.
Sən mən ölüncəyə qədər canımdasan,
Yanımda olmasan belə.
Sən gülləri solmayan bir evin pəncərəsisən,
Sən bu dünyanın görüb görəcəyi ən gözəl mənzərəsisən.
Qanadlarım olsa uçardım sənə,
Ayağım qırılsa qaçardım sənə,
Gəlib uzun uzun baxsaydın mənə,
Aşiq olardım sənə.
Sevərdim səni bəlkə,
Sınamazdım ayrılığı,yoxluğunun acısıyla
Sən bilirsən,qərənfillər ölür burda?
İnsanlar atılır qərənfil üstə.
Mən razıyam,qərənfil mən olum
Ölüm,
Səni qoysunlar qəbrimin üstünə.



İkimiz də yorulmuşuq



Məni elə tanı ki,
Kim soruşsa,əzbər biləsən məni.
Sən məni elə sev ki,
Milyonların içində də,seçib,görəsən məni.
Əllərimi,
Baxışımı,
Yerişimi tanıyasan.
Nələri sevdiyimi,
Nəyi sevmədiyimi.
Məsələn,çay içdiyimi
Meyvə sevmədiyimi.
Əlimdəki çapıqları,
Üzümdəki kədəri.
İçimdəki qəzəbi,
Dilimdəki zəhəri.
Biləsən, nə qədər siqaret çəkir,
Nə qədər içki içirəm.
Biləsən,ki haralara gecikirəm,
Haralara tələsirəm.
Bilməlisən,yaralarımın yerini
Xəyalımın külə dönən evini
Sən məni elə sev ki,
Dünya titrəsin səsinə, titrəyən ürəyimin
Qəlbimdəki daşı qaldır,at bir küncə
İkimiz də yorulmuşuq,
Gəl mən sənlə nəfəs alım,sən keç əyləş ürəyimdə dincəl.






Sayta verdi:Kukulka

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
760 675 690 571 773 582

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.