Özcan Denizin gözlədiyi məhkəmə qərarı ailə münaqişəsini dərinləşdirdi
Uzun müddətdir ailə problemləri ilə gündəmdə olan Özcan Dəniz indi də qardaşı Ercan Dənizlə məhkəmə çəkişməsi səbəbilə diqqət mərkəzindədir. Sun.Az
xəbər verir ki, Özcan Dəniz qardaşı Ercan Dənizə qarşı mülkiyyət hüququ ilə bağlı mübahisəyə görə məhkəməyə müraciət edib.
İstanbul Ailə Məhkəməsi qərara alıb ki, Ercan Dəniz 1 ay müddətində Özcan Dənizin həyat yoldaşı Samar Dadgar və cütlüyün yaşadığı evə yaxınlaşa, onlarla hər hansı əlaqə qura bilməz.
Məhkəmənin bu qərarı ailə münaqişəsini daha da gərginləşdirib.






