ice berg

ice berg Kosmetologiya 18-06-2025, 20:00

Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər

Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər

Harvard Universitetində təhsil alan ABŞ-li həkim-qastroenteroloq Saurab Sethi korluğa səbəb ola biləcək məşhur gözəllik prosedurunu açıqlayıb.

 

Loading.aZ xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib.

 

"Kirpik qaynağı proseduru getdikcə populyarlaşır, lakin bunun üçün istifadə edilən yapışqan adətən formaldehid ehtiva edir. Bu isə allergik reaksiyalara, kirpiklərin nazikləşməsinə və təbii kirpiklərin geridönməz itkisinə səbəb ola bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, yapışqandan istifadə nadir hallarda görmə itkisinə də səbəb ola bilər. Bu problemlə üzləşməmək üçün mütəxəssis kirpik qaynağından çəkinməyi və ya tərkibində formaldehid olmayan məhsullardan istifadə etməyi tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 374 341 377 340 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.