Musiqi sənayesi süni intellekt mahnılarını "ovlamaq" üçün texnologiya qurur
Musiqi sənayesi süni intellekt (Al) tərəfindən yaradılan saxta mahnıların qarşısını ala bilməyincə istiqamət dəyişib. İndi hədəf bu məzmunu erkən aşkarlayıb lisenziyalaşdırmaqla gəlir əldə etməkdir. Yeni texnologiyalar AI musiqisinin yayımlanmadan "tutulmasını" hədəfləyir.
Loading.aZ xəbər verir ki, 2023-cü il musiqi sənayesinin uzun müddətdir qorxduğu bir həqiqəti üzə çıxarıb və bu, az qala Dreykin səsi ilə oxunan bir mahnı ilə baş verdib.
Dreyk və "The Weeknd"i təqlid edən "Heart on My Sleeve" adlı süni intellekt dueti, mənbəyi bilinməyən şəkildə yayımlanandan sonra milyonlarla dinlənmə toplayıb. Lakin tezliklə platformalardan qaldırılıb. Bu mahnı təkcə viral olmaqla qalmadı; həm də musiqi üzərində nəzarətin böyük ölçüdə itirildiyini aşkar edib.
Yeni məqsəd: AI musiqisini qadağan etmək yox, izləmək və pul qazanmaq
Sənaye artıq AI musiqisinin tamamilə dayandırıla bilməyəcəyini qəbul edir. Bunun əvəzinə, süni intellekt tərəfindən yaradılmış musiqiləri erkən aşkarlayan, etiketləyən və lisenziyalaşdırma proseslərinə inteqrasiya edən texnologiyalara yönəlir.
Bu sistemlər təkcə saxta məzmunu sonradan aşkarlamağı deyil; prosesin ən başlanğıcından etibarən süni yaradılımı müəyyən etməyi hədəfləyir. Bununla həm müəllif hüquqları qorunur, həm də yeni gəlir modeli yaradılır.
Süni intellekt məzmununu izləmək üçün hazırlanan texnologiyalar təlim mərhələsindən yayım platformalarına qədər musiqi istehsalının hər səviyyəsinə inteqrasiya edilməyə başlanılıb.
"YouTube" və "Deezer" kimi böyük platformlar məzmun yüklənərkən süni səsləri tanıyan sistemlərdən istifadə edir. "Audible Magic", "Pex", "Rightsify" və "SoundCloud" kimi şirkətlər isə musiqilərin təlim məlumat dəstlərindən paylanmasına qədər olan prosesdə süni məzmunu tanıyan hərtərəfli həllər hazırlayır.
AI musiqisini yayılmadan əvvəl tanıma səyi
"Vermillio" və "Musical AI" kimi təşəbbüslər mahnılar hələ yayımlanmamışdan süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını aşkarlayan alətlər hazırlayır.
Məsələn, "Vermillio"nun "TraceID" adlı sistemi bir parçanı ton, melodiya və mətn quruluşu kimi komponentlərinə ayıraraq süni yolla yaradılmış hissələri qeyd edir. Bu sayəcə orijinal mahnıların hissələrindən istifadə edən yeni yaradılımlar belə müəyyən edilə bilir.
Qadağan etmək yox, lisenziyalaşdırmaq
"TraceID"nin əsas diqqət mərkəzində mahnını silmək yox, onu lisenziyalaşdıraraq təsdiq edilmiş versiyaya çevirmək durur.
"YouTube"un "Content ID" (Məzmun Kimliyi) kimi sistemlərin tuta bilmədiyi incə təqlidləri belə aşkar edə bilən bu texnologiya, lisenziyalaşdırmanı yayımdan sonra yox, əvvəl həyata keçirməyi mümkün edir. "Vermillio" bu cür təsdiqlənmiş lisenziyalaşdırma modellərinin 2023-cü ildə 75 milyon dollarlık həcmə çatdığını və bu rəqəmin 2025-ci ildə 10 milyard dollara qalxa biləcəyini proqnozlaşdırır.







