Crazy_GirL

Crazy_GirL Hekayələr 24-09-2017, 22:31

Qadınları sevin...

Qadınları sevin...
Qadınları sevin...




Qadınları sevin. Üstündən yemək qoxusu gələnləri, makiyaj üçün zamanı olmayanları deyirəm, sevin. Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən, sonra sənin bir kəlimə "çox dadlı düşüb" sözünə əriyən qadınlardan danışıram, onları sevin. Sən yemisənmi ana soruşsan, "məni iyi tutdu" deyən qadınları deyirəm, sevin. Bir sorğu aparılmış. "Uşaq doğularkən, öləcəyinizi bilsəniz o uşağı yenə də doğarsınızmı?" Kişilər; yox, qadınım yaşasın, qadınlarsa uşağım yaşasın demiş, qadınları sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə "bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin. Kişilərin iş rejimi dəyişməz. 9 da başlayar, 7 civarında bitər. Nə gecəsi, nə də gündüzü olar qadınların. Bunun baxçası var, bunun məktəbi var, bunun təmiz əyni-başı var, bunun valideynlər iclasında insan üzünə çıxması var, qadınları sevin. Kişilər qürur küpüdürlər biruzə verməzlər. Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra, başqa bir evə gözü yaşlı gəlin yola salmağı var, qadınları sevin. Evindən buraxmaqla bitdimi? O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var, nəyin yox deməsi var. Filanca şeyim əksik deyərmi qızlar? Həyatı boyu. "Burda hər şey çox yaxşıdı ana." Çox nadir dilə gətirərlər qadınlar hansısa bir çatışmamazlıqlarını, qadınları sevin. Elə bir sevin ki, onlar ana qucağını sizə dəyişdiklərinə peşman olmasınlar. Qadınları sevin, sevməsəniz də özünüz bilərsiniz. Onlar yenə də sizi sevəcəklər...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
867 828 742 654 729 701

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.