ice berg

ice berg Müxtəlif 7-07-2025, 23:00

Parçalayan keçmiş və parçalanmış gələcək..

Parçalayan keçmiş və parçalanmış gələcək..

Basdırılmış duyğular..

Var olmağa çəkinən göz yaşları..

Ağlamağın verdiyi rahatlama..

Ağlamış olmanın verdiyi narahatlıq..

Bilmirəm qış gəldiyi üçündü bu qədər hüzn yoxsa qış bəhanə olmuşdu daim kədərimə?

Yağış yağsın istəmirəm!

yağışın suyunu bəhanə edib axmasın gözümün yaşı. 

Yağır..

Külək əssin istəyirəm soyuq külək aparsın ruhumu sıxan qorxularımı.

Əsmir...

Bir-birinə zidd hisslərimin yarışını izləyirəm.. Bitməsini gözləyirəm, 

bəlkə dinər deyə içimdəki fırtınalarım.

Bitmir..

Eyni anda olur həm xəyallarım, həm də qorxularım..

Eyni anda işğal edir ruhumu həm aydınlıq, həmdə zülmət qaranlıq..

Ümidlərimlə irəliləmək istəyəndə fərqinə vardım, ümidsizliyimə məhkum olunduğumu..

Anlayıram artıq, mənim üçün ümidsizlik ümidin olmaması deyil, ümid etməyə qorxmaqdır və mən qorxuram, heç vaxt qorxmadığım kimi...

Boşuna deyilən sözlər

Boşluğa tərk edilmiş anlar

Bərpası mümkünsüzcəsinə qoparılmış bağlar..

Anidən aramızdan ayrılan insanlar..

Bilmirəm hansı daha çox incidər, bütün bunların günahkarı olmağımmı, ya sadəcə başqalarının günahlarını daşıyan bir qurban olmağımmı?

Bilmirəm hansı daha çox narahat edir məni 

Sevdiklərimin həyatımı məhv edən travmalar bəxş etməsi mi? Ya hələdə onları bağışlamağa meyl göstərən qız?

Ölümü arzulayardım ama onsuzda günbəgün yaşamaq ölüm deyil ki?

 

Hissizmiş kimi davranan incə ruh,

Parçalayan keçmiş və parçalanmış gələcək..

Bəs nə vaxt gələcək incitməyən sevinclər?

Qorxutmayan gündüzlər 

Ağlatmayan gecələr..?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 201 254 217 206 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.