Lusi

Lusi Hekayələr 25-09-2017, 19:22

Jasmin - BöLüm 12

Jasmin - BöLüm 12


Jasmin (Mənimlə Evlənərsən?) BöLüm 12



Cavidan:Necə isdəyirsən Rüstam

Mən:Daha sonra İlkinin yanınada adam yolla ən gözəl üzüyünü mənə göndərsin...

Cavidan:Baqışla həddim deyil ama bir şey sorucsam olar?

Mən:Bu nə sözdür?Əlbətdə olar

Cavidan:Xeyir işdi?)))

Mən:Hə qismət olsun inşallah məndən sorada siz)

Cavidan gülümsəyib dolabdan paltar verdi mənə əynimi geyinib cavidanın köməyi ilə otaqdan çıxdım.Maşına minib başımı arxaya yasladım.Bir qədər sonra Cavidan

Cavidan:Rüstam dediklərini həll elədik indi neyniyək?

Mən:Denən mənə bir maşın gətirsinlər sən isə evə get ama bir adam bilməyəcək bunu oldu?Birdə Cahit haradı öyrən

Cavidan:Narahat olma

Maşını yolun kənarına çəkib dayanmışdıq bir neçə dəqiqə sonra maşın burda idi.Keçib maşına əyləşdim bu vaxt Cavidan maşına tərəf gəldi.Pəncərəni aşağı edib dedim

Mən:Eşidirəm

Cavidan:Evdən çıxacaq 20 dəqiqəyə

Mən:Oldu sağol Cavidan

Maşını işə salıb yola düşdüm.15 dəqiqə sonra orda idim.Budur Cahit maşına minirdi.Tez maşından enib ona tərəf gəldim və ehmalca telefonunu cibindən çıxardım.

Mən:2 Uşaq səni soysa xəbərin olmayacaq Cahit

Cahit geri çevrilib üzümə baxdı və üsdümə doğru qaçaraq dedi

Cahit:Rüstammmm

Qucaqlaşdıq bir neçə dəqiqə elə qalandan sonra dedim

Mən:Gedək səninlə danışacaqlarım var

Cahit:Jasminə deyim gedəkdə

Mən:Yox ona sürprizim var gedək Cahit

Cahitlə maşına minib dəniz sahilinə gəldik.Maşından enib danışmağa başladıq

Mən:Necəsən Cahit?

Cahit:Səni gördüm Rüstam daha yaxşı oldum

Cahit:Sən necəsən Rüstam ev yananda elə bildik səndə öldün

Mən:Son saniyələrdə evdən çıxa bildim Cahit atışmada yaralandım,Daha sora məni ordan apardılar gözümü xəsdəxanada açdım

Cahit:Kim aparıb ki Rüstam?

Mən:Fidan ama nəysə ki niyyəti təmiz idi bu səfər heçnə isdəmədi.Nəysə daha sonra danışarıq bunları.

Mən:Səninlə danışacağım başqa şeylər var

Cahit:Nə?De Rüstam eşidirəm

Mən:Bu gün axşam Jasminə evlilik təklif edəcəm

Cahit:Ciddisən Rüstam?İnan sevincindən uçar.Səndən sonra çox üzüldü

Mən:Ona görə sənin köməyinə ehtiyacım var.

Cahit:Buyur qardaşım nə lazımdırsa edək

Mən:Evə gedərsən mən axşam gələcəm hər yeri bəzəyin unudulmaz bir gecə olacaq qorumanı artırın tək bir səf isdəmirəm.Eyvanı güllərlə doldurun ürək çəkin.Başqa şeyləri uşaqlara demişəm birdə atəş-fəşanlıq olacaq.Digər şeyləri isə Cavidan gil edəcək

Cahit:Oldu Rüstam mən gedib bununla məşğul olum

Mən:Hə birdə Jasminə deyərsən bu axşam çox gözəl görünsün mənim sağ olduğumu demə öz adından isdə...Dənizidə dəvət eləsin axşama başqaları olsada olar ama siz yenədə yoxlayın hamını.Heç kimi incitmədən

Cahit:Anladım Rüstam

Mən:Əyləş səni evə aparım ordan isə bər-bərə gedəcəm.

Maşına oturduq Cahiti evə düşürdüm.Ordan isə düz 12 ildi saçlarıma baxan usdamın yanına getdim.İçəri girib ustamla görüşdüm

Mən:Necəsən usta?

Usta:Yaxşıyam Rüstam yaxşıyam sən necəsən görünmürsən?

Mən:Ehh işlərdə imkan var ki

Usta:İşləmək lazımdır Həmişə ki kimi olsun?

Mən:Hə ama biraz daha səliqəli

Usta:Xeyir işdi?(Gülür)

Mən:Qismət olsa hə usta

Ustamla söhbət edə-edə oda işini bitirdi təmizləndikdən sora maşına əyləşib evə tərəf gəlməyə başladım.Bir neçə nəfər demişdim ama maşallah hamını çağırmışdılar ax cahit ax cahit.Maşını kənarda saxlayıb cavidana zəng elədim.

Mən:Evdən bayıra çıx sol tərəfə gəl

Cavidan:Yaxşı rüstam gəlirəm indi

Budur artığ Cavidan gəldi maşından enib dedim

Mən:Necə görünürəm?

Cavidan:Qorxuram Jasminin dostları sənə aşiq ola)

Məndə gülüb dedim

Mən:Dediklərimi gətirdin?

Cavidan:Hə gətirmişəm

Üzüyü götürüb cibimə qoydum cavidanla birlikdə evə tərəf getməyə başladım qapını açıb eyvana baxdım.Gözlərim Jasmini axtarırdı harda idi?Budur nəhayət gördüm onu bir kənarda hamıdan uzaqda idi.Onu daha artıq üzməyə haqqım yox idi.Evə tərəf addımladım danışdığımız kimi Cahit onun gözlərini bağlayıb ürəyin tam mərkəzinə gətirdi.Və nəhayət məndə pilləkənlərlə yuxarı qalxıb ora çatdım.Hamı ağzı açıq şəkildə mənə baxırdı))).Ürəyin içinə girib diz üsdə çökdüm.Yaram çox ağrısada vecimə belə deyildi.Əlimlə gözlərini açın deyə işarə etdim.Gözlərini açanda qarşısında gözləri onun sevgisiylə dolu əlində gül buketi durmuş rüstəmi gördü.

O an gözlərindən damla-damla yaşlar süzülməyə başladı.Tez cibimdə ki üzüyü çıxarıb açdım və dedim.Gözəl Gözlüm mənimlə evlənərsən?Jasmin düşünmədən dedi

Jasmin:Hə hə hə

Üzüyü barmağına taxıb onu elə qucaqladım ki huzur dedikləri şey bu olmalı idi.Bu vaxt atəş-fəşanlıq başladı göydə həriflər yazılmağa başladı.Nəhayətində göydə Jasmin və Rüstam yazıldı.Gözlərimə elə baxırdı ki sanki qəlbim indi yerindən çıxacaqdı.

Jasmin:Mən çox qorxmuşdum elə bildim ki

Mən:Şşşş Sakit ol gözəlim mən səni heç vaxt tək qoyub getmərəm.

Cahit gil əllərində ikimizin şəkli birdə adı olan şarları gətirdilər.

Mən:Sevgilim bunları göyə buraxaq,Buraxaq ki adımız bulutlara dəysin

Jasmin:Səni çox sevirəm çox çox

Deyib boynuma sarıldı və şarları göyə buraxdıq.Əlindən tutub onu bir kənara apardım çox darıxmışdım.Cahit qıraqdan bizə baxıb gülürdü,Yüksək səslə dedim

Mən:Cahit isdəyirsən Dənizlədə sən evlən)))

Dəniz güldü deyəsən onunda cahitdən xoşu gəlirdi).Cahit isə guya utandı)

Hər şeyi boş verib Jasminə yaxınlaşdım.Artıq nəfəsini hiss edirdim.Dodaqlarımız bir-birinə yapışdı.Bütün gecə əyləndik üzüldüyümüz bütün günlərin əvəzini çıxdıq.Onu çox sevirdim.Hələ ona bir neçə sürprizim var idi.Sevirəm onu sevirəm.




MüəLLif: Джиган(А л и)


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
787 718 683 684 671 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.