Qadın və Dəniz
Qadın və dəniz…
İkisi də təbiətin ən möhtəşəm möcüzələrindəndir. Hər ikisi baxanda səni ovsunlayar, amma yaxınlaşdıqca içində nələr gizlətdiyini dərk etməyə başlayarsan. Qadın da dəniz kimidir — səssiz görünür, amma içinə sığışdırdığı fırtınalarla bir imperiyanı yerindən oynada bilər.
Dəniz kimi qadınlar var — uzaqdan seyr edənə sadəcə mavilik, dərinliyə enənə isə bir kainatdır. Qadın sakit görünə bilər, amma onun içində keçmişin izləri, xatirələrin iztirabları, arzuların qırıntıları, vəfasızlıqların izləri bir-birinə qarışıb. Onu anlayan, səbrlə yanaşan və sevməyi bacaran insan üçün o, sonsuzluğun ən saf aynasıdır.
Qadın qorxutmaz, sadəcə hörmət və anlayış gözləyər. Dəniz də elədir — ona düzgün yanaşsan, səni öz qucağında daşıyar, amma sayğısız davranarsan, dalğaları ilə səni öz dibinə çəkər.
Qadın sevdiyini sakitləşdirər, onu öz sevgisi ilə sarar, dəniz kimi… Günəş batanda belə içində günəşin istiliyini gizlədər. Amma bir qadının ürəyi sınarsa, dənizdə tufan qopduğu kimi, içində hər şeyi dağıda bilər. Onun səssizliyi fırtınadan əvvəlki sükut kimidir — anlayan anlayar, dəyər verən qorxmaz.
Qadın da dəniz də heç kimə tam aid deyil. Onlar azaddır. Sadəcə, qəlbində yer verdiklərinə sığınacaq olarlar. Və bil ki, bir qadının göz yaşları dəniz qədər duzludur — amma dənizi necə ki göz yaşları ilə günahlandırmırlar, qadının da göz yaşına səbəb olanı anlamadan onu susdurmaq olmaz.
Unutma:
Qadını başa düşmək istəyirsənsə, sahildə otur və dənizi dinlə. Onda həm qadının qəhqəhəsini, həm ah-naləsini, həm də içindəki eşqin səsini eşidərsən💙







