"Fənərbağça" ingilis futbolçunu aldı
"Gent"in müdafiəçisi Arçi Braun tezliklə "Fənərbağça"ya keçəcək.
Loading.aZ xəbər verir ki, 23 yaşlı ingilislə 2029-cu ilə qədər müqavilə imzalanacaq, müqaviləni daha bir mövsüm uzatmaq mümkündür. Transfer məbləği 8,5 milyon avro olacaq.
2024/25 mövsümündə Braun 46 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.







