ice berg

ice berg Ana və uşaq 16-07-2025, 14:00

Kiçik yaşlı uşaqların bu formada böyüməsi vacibdir

Kiçik yaşlı uşaqların bu formada böyüməsi vacibdir

Kiçik yaşlı uşağın hər kəsin mehriban və onu sevən biri olduğuna inanaraq böyüməsi vacibdir.

 

Loading.aZ xəbər verir ki, bu barədə uşaq psixoloqu Alexandra Anykina lenta.ru-ya müsahibəsində danışıb.

 

Anykinanın sözlərinə görə, uşaqlara “pis insanların” varlığını anlatmaq prosesi çox vaxt fərqində olmadan, erkən yaşlarda başlayır: “Məsələn, ana tökülən süd üçün danlamır, amma nənə danlayır. Bu zaman uşaqla insanların fərqli reaksiyalar verdiyini müzakirə edirik. Nağıllarda da belədir: dovşan bir cür davranır, tülkü başqa cür obrazlar fərqli reaksiya göstərir. Belə gündəlik söhbətlər vasitəsilə uşaq tədricən müxtəlif davranış formalarını öyrənir”.

 

Psixoloq qeyd edib ki, uşağın dünyası ilkin mərhələdə “ağ və qara” olur məsələn, Karabas-Barabas pis, Vinni Pux isə yaxşıdır. Lakin uşaq böyüdükcə, müxtəlif hissləri tanımağı və daha mürəkkəb anlayışları ayırd etməyi öyrənir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 224 199 233 225 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.