ice berg

ice berg Şeirlər 16-07-2025, 22:00

Mənim gözlərimdə ölən adamsan!

Mənim gözlərimdə ölən adamsan!

Hər şeyi buraxıb getməyə nə var?

Sən bütün bunları bilən adamsan.

Mənim görüşümə ağlayıb gələn,

Özgələr yanında gülən adamsan.

Sənin həyatında eşqin yeri nə?

Heyif ki, inandım sən tək birinə…

Sən mənim dərdimi bölmək yerinə,

Qəlbimi ikiyə bölən adamsan.

 

Qəribə dünyadır – qaralı, ağılı…

Mən sənə inandım gözləri bağlı.

Sən bizi buraxıb ürəyi dağlı,

Bütün olanları silən adamsan.

 

Bilinməz dünyanın hikməti, sirri,

Gedənin sanma ki, görünər yeri.

Sən bütün dünyaya olsan da diri,

Mənim gözlərimdə ölən adamsan! 💌

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 507 454 467 475 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.