Üçnəfərlik şəklində, Sağdan dördüncü mənəm...
Üçnəfərlik şəklində
Sağdan dördüncü mənəm...
Sən görmürsən sadəcə..
Axı hardan biləsən
Ətrin burnumda qalıb
Yanımdasan hər gecə..
Sənlə keçir hər anım
Sənsiz addımlayıram
Sıxır məni bu küçə...
Qəfil qonaq gələsən
Gəlib özün görəsən
Darıxıram mən necə..
Unuda bilmirəm ki
Rahat olum ömürlük
Dərdimi qoyum dincə..
Nə sən qayıdansan
Nə mən unuda bilən
Ömür gedir beləcə...
#AnarOğuz







