Yaxşı bilirəm ki, mükafatımsan
Yaxşı bilirəm ki, mükafatımsan,
Dözmüşəm illərin sərt cəfasına.
Əcrimsən, göylərdən mənə çatmısan,
Bir əvəz olaraq Yer səfasına.
Çünki söyləmədim öz sevdiyimə
“sevirəm” sözünü mən bilə-bilə.
Hamıya halallıq vermişəm deyə
mələyim olarsan sən indən belə.
Anna Axmatova






