Gülməcələr "3"
Şaxtababaya məktub
Kasıb uşaq poçtla Şaxtababaya məktub göndərir. Məktubda yazır:
- Ayaqqabı, köynək, şalvar, palto istəyirəm!.
Poçtda işləyənlər yazını oxuyub qərara gəlirlər ki, uşağa yardım eləsinlər. Hər şey alırlar, ayaqqabının ölçüsünü bilmədiklərindən onu ala bilmirlər. Hədiyyələr uşağa çatır, çox sevinir.
Yenidən məktub yazır:
- Şaxtababa, hədiyyələrə görə çox sağ ol! Amma deyəsən, poçt işçiləri ayaqqabımı oğurlayıblar.
Bomba
İki səfeh bomba tapır. Biri o birinə deyir:
- Gəl sökək, görək, içində nə var?
- Sökək!
Yoldan keçən qışqırır:
- Ey, səfehlər, neyləyirsiz, bombadır, partlayacaq!
Səfehlər birağızdan:
- Bizdə biri də var!..
Qar-boran
Molla Nəsrəddindən soruşurlar:
— Molla, qabaqdan qış gəlir, qışa nə hazırlayırsan?
Molla deyir:
— Qar,boran, bir də üşümək.
Aparmaz ki..
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
- A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
- Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki...
Bilsəm..
- Səməd de görək, 2 vur 2 neçə edir?
- Dörd.
- Afərin, al sənə 4 ədəd konfet.
- Bilsəm 15 deyərdim...







