ice berg

ice berg Şeirlər 21-07-2025, 20:00

Qurban olaram

Qurban olaram

Yenə də gözlərim gözündə qalıb

Gördüyüm mənaya qurban olaram

Əgər həqiqətsən,mən həqiqətə

Röyasan,röyaya qurban olaram.

 

Söhbətin şirindi, gülüşün təzə,

Saldın ürəyimi eşqə, həvəsə

Sən ayaq basdığın o yola, izə,

Çəmənə, səhraya qurban olaram.

 

Çatsın hər muradın başa dünyada

Bir arzun dəyməsin daşa dünyada

Bu dunya gözəldi, yaşa dünyada

Sən olan dünyaya qurban olaram.

 

#NərimanHəsənzadə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 227 235 249 244 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.