AzizA

AzizA Mətbəx 5-08-2025, 07:30

Xiyar turşusunu necə “bağlamaq” olar ki, 10 ay qalsın

Xiyar turşusunu necə “bağlamaq” olar ki, 10 ay qalsın

Qışa ləzzətli xiyar turşusu hazırlamaq üçün nə sirkəyə, nə də sterilizasiyaya ehtiyac var. Sizə sadəcə rəndə kifayət edəcək.

Qış üçün rəndələnmiş xiyar resepti
Bu qeyri-adi resept sizi təəccübləndirəcək. Çünki tərəvəzləri sadəcə rəndələmək və bankalara yerləşdirmək kifayətdir.

Tərkibi:
Xiyar – 2 kq

Sarımsaq – 10–12 diş

Duz – 2 x.q.

Şüyüd – 1 dəstə

Hazırlanma prosesi:
1 kq xiyar götürün (ölçüsü və forması fərq etməz), iri gözlü rəndədən keçirin. Üzərinə sarımsağı sıxın, duz əlavə edib yaxşıca qarışdırın. Digər 1 kq xiyarı bütöv şəkildə soyuq suda 2 saat isladın – bu, acılığı aradan qaldıracaq. Şüyüdü iri-iri doğrayın və bankanın dibinə yerləşdirin. Üzərinə rəndələnmiş xiyar və sarımsaq qarışığını əlavə edin. Isladılmış xiyarları iki yerə bölüb bankaya yerləşdirin. Üstünə yenə rəndələnmiş xiyar qarışığı əlavə edin. Bankaya bir ədəd xren yarpağı qoymağı unutmayın. Qapağın içərisini xardal ilə yağlayın. Bankaları bağlayın və sərin yerə qoyun.

3–4 gün ərzində xiyarlar az duzlu, 1 aydan sonra isə duzlu xiyar olacaq. Belə hazırlanmış xiyarlar 10 aya qədər saxlanıla bilər, heç bir konservant və sirkəyə ehtiyac olmadan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 197 171 215 199 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.