AzizA

AzizA Məşhurlar 5-08-2025, 18:30

Maykl Ceksonun çirkli corabları 9 min dollara satıldı

Maykl Ceksonun çirkli corabları 9 min dollara satıldı

Pop kralı Maykl Ceksona məxsus ağ qaya bülluru il bəzədilmiş corabları Fransanın cənubunda keçirilən hərracda 7688 avroya (təxminən 8911 dollar) satılıb.

Hərracçı Auror İllinin dediyinə görə, corab Ceksonun 1997-ci ildə HIStory dünya turu zamanı Nim şəhərindəki konsertindən sonra kulis texniki tərəfindən tapılıb.

Hərrac evi 3000 avrodan 4000 avroya qədər pul yığacağını gözləyib, lakin pərəstişkarların marağı gözləntiləri üstələyib.

Bu corab Ceksona aid nadir əşyalara yüksək tələbatın daha bir nümunəsidir. 2009-cu ildə onun məşhur parıltılı əlcəyi 350.000 dollara, 2023-cü ildə isə fedora şapkası 80.000 dollardan çox qiymətə satılıb.

Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 223 261 234 212 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.