AzizA

AzizA Maraqlı 5-08-2025, 19:30

Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI

Dünyanın ən çox göydələnə sahib şəhərləri AÇIQLANDI

Şəhər gəzintilərinin ən unudulmaz hissələrindən biri göylərə ucalan nəhəng göydələnlərə tamaşa etməkdir. Bu möhtəşəm memarlıq əsərləri yalnız yaradıcı təxəyyül deyil, həm də düşünülmüş şəhər planlaşdırması tələb edir.

Bir binanın göydələn sayılması üçün minimum 150 metr hündürlüyə malik olması lazımdır. Bu meyara əsasən tərtib edilmiş reytinqdə Honkonq 560 göydələnlə birinci yerdə qərarlaşıb.

Honkonq - Göydələnlər şəhərinin zirvəsində

Əhalisinin sürətlə artdığı və dağlıq relyefə malik olan Honkonqda yeganə çıxış yolu "yuxarıya doğru tikinti" olub. Bu da şəhəri Cənubi Çin dənizi sahilində yerləşən göydələn cənnətinə çevirib.

Şəhərin ən hündür binası Beynəlxalq Ticarət Mərkəzi 2010-cu ildə tikilib və 484 metr hündürlüyü ilə 118 mərtəbədən ibarətdir. Digər mühüm binalar sırasında Beynəlxalq Maliyyə Mərkəzi (416 m), Central Plaza (374 m) və Çin Bankı Qülləsi (1989-cu il, asimmetrik arxitektura ilə tanınır) var. Sonuncu bina “İşıqlar Simfoniyası” adlı axşam işıq şousunun da simvoludur.

Ən çox göydələnə malik 20 şəhər (2024)

  1. Honkonq, Çin – 560 göydələn
  2. Şengen, Çin – 444
  3. Nyu-York, ABŞ – 320+
  4. Dubay, BƏƏ
  5. Quançjou, Çin
  6. Şanxay, Çin
  7. Kuala-Lumpur, Malayziya
  8. Vuhan, Çin
  9. Tokio, Yaponiya
  10. Çunçin, Çin
  11. Çikaqo, ABŞ
  12. Banqkok, Tailand
  13. Çendu, Çin
  14. Cakarta, İndoneziya
  15. Mumbay, Hindistan
  16. Toronto, Kanada
  17. Şenyang, Çin
  18. Sinqapur, Sinqapur
  19. Nanning, Çin
  20. Xançjou, Çin


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 179 182 140 157 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.