ice berg

ice berg Məşhurlar 6-08-2025, 14:00

Hollivudu təəccübləndirən sevgi münasibətin təfərrüatları açıqlandı

Hollivudu təəccübləndirən sevgi münasibətin təfərrüatları açıqlandı

Hollivud son günlərdə gözlənilməz bir romantik xəbərlə çalxalanır: 58 yaşlı Pamela Anderson və 73 yaşlı Liam Nison rəsmi olaraq münasibətdədirlər. Cütlük bu barədə ilk dəfə “Çılpaq tapança” (“The Naked Gun”) filminin premyerası zamanı açıq şəkildə bəyan edib. Həmin filmdə onlar baş rolları canlandırıblar.

 

Loading.aZ xəbər verir ki, məşhur aktyorlar birlikdə qırmızı xalçada görünüb, tədbir zamanı bir-birlərini qucaqlayıb və əl-ələ tutaraq jurnalistlərin suallarını cavablandırıblar. Bu görüntülərdən sonra onların münasibətləri artıq rəsmi hesab olunur.

 

"US Magazine" nəşrinin aktyorlara yaxın mənbələrə istinadla yazdığına görə, Pamela Andersonun oğulları – Brendon və Dilan – analarının yeni münasibətini tam dəstəkləyirlər. Onlar analarını xoşbəxt görməkdən məmnundurlar.

 

Eyni şəkildə, Liam Nisonun oğulları – Maykl Riçardson və Deniel Nison – də “Çılpaq tapança” filminin təqdimat turunda atalarına dəstək vermək üçün iştirak ediblər və yeni münasibətə müsbət yanaşdıqlarını göstəriblər.

 

Qeyd edək ki, Liam Nison uzun müddət tək idi. Onun həyat yoldaşı Naşa Riçardson 2009-cu ildə vəfat etdikdən sonra aktyor özünü ailəsinə və karyerasına həsr etmiş, şəxsi həyatını mətbuatdan uzaq saxlamışdı. Pamela Andersonla münasibəti isə onun həyatı üçün gözlənilməz, lakin görünən odur ki, xoşbəxtliklə dolu yeni bir səhifədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 196 219 168 192 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.