ice berg

ice berg Bürclər 8-08-2025, 14:00

Ən sadiq 5 bürc BƏLLİ OLDU

Ən sadiq 5 bürc BƏLLİ OLDU


Astrologiyaya görə, bəzi bürclər partnyorlarına digərlərindən daha sadiqdirlər. Həyatlarındakı insanı aldatmaq onların ağlından belə keçmir. Loading.aZ ən sadiq 5 bürcü təqdim edir:

 

Buğa

 

Münasibətlərdə sabitlik və təhlükəsizlik axtarırlar. Onlar üçün münasibət bir hiss deyil, sanki bir sığınacaqdır. Buğalar partnyorlarına ciddi şəkildə bağlanırlar. Güvən qurulduqdan sonra Buğa üçün münasibət bir ömürlük ola bilər. Aldatmaq, yalan danışmaq onların prinsiplərinə ziddir.

 

Oğlaq

 

Onlar üçün münasibətlərdə dürüstlük və sədaqət çox vacibdir. Həyatın hər sahəsində olduğu kimi, sevgi münasibətində də məqsədli və planlı hərəkət edirlər. Onlar ciddi düşündükləri münasibəti gələcəyə daşımaq üçün əllərindən gələni edirlər

 

Xərçəng


Xərçəng bürcü ailəcanlılığı və emosional dərinliyi ilə tanınır. Onlar üçün münasibət mənəvi və emosional bir bağdır. Xərçənglər sevdiklərini qorumağa, qayğı göstərməyə və onları xoşbəxt etməyə çalışırlar. Aldatmaq ruhuna yaddır, onlar birini seçdikdən sonra ürəklərini tam şəkildə o insana verir və yarı yolda qoymazlar.

 

Əqrəb

 

Güvəndiklərini hiss etdikdə dərin və sarsılmaz bağlar yaradır. Onlar ilk baxışda sərt və sirli görünsələr də, tamamilə güvəndikdən sonra son dərəcə sadiq olurlar. Əqrəblər üçün münasibətlərdə səmimiyyət və etibar vacibdir. Əgər bir Əqrəb sizi seçibsə, bilin ki, o sizə könüldən bağlıdır.

 

Qız

 

Onlar üçün sevgi və münasibət yalnız hisslər deyil, həm də əmək və fədakarlıq tələb edən bir bağdır. Onlar bir münasibətdə olarkən bütün enerjilərini ona yönəldir və hər şeyin yolunda getməsi üçün səy göstərirlər. Onların sadiqliyi hərəkətləri və davranışlarında aydın şəkildə hiss olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 236 198 216 226 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.