Sənə aşiq olmağa aşiq oldum mən
Səndən öncədə,sevmişdim.İnkar edə bilmərəm.Ama sənin kimi heç bir qadını hiss edərək sevməmişdim.Heç bir qadın ruhuma toxunmamışdı səni sevənə kimi.Sən ilk sevdiyim olmaya bilərsən amma sən ilk hiss edərək sevdiyim Qadınsan.Hiss etmek önəmlidir demişdim ha, həm də, çox önəmlidir.Bunu səndən öyrəndim mən.İlk öncə gülüşünü hiss etdim.Sora saçlarını, qoxunu hiss etdim.Hiss edərək vuruldum sənə.Dediklərimi hiss edərək dedim.Yazdiqlarımı hiss edərək yazdım her dəfəsində.İçimdə hiss etdiklərimi danışdım.İlk dəfə hisslərimi açiqladim sənə.İçimi danışdım Qadın.Sənə vuruldum mən.Həm də hiss edərək vuruldum.Səndə qaldım mən.Gülüşlərində qaldım, saçlarında qaldım, qoxunda qaldım.Sənə aşiq olmağa aşiq oldum mən.Hər səhəri səni düşünərək oyanmağa , gecələr səni Allahdan istəyərək yatmağa, yuxularıma qonaq gəlməyinə belə aşiq oldum mən. Üzülmə ilk sevdiyim olmadığın üçün. İlk dəfə hiss edərək sevdiyim’sən. Həm de son sevdiyim qadın olacağsan.Bir kitabda oxumuşdum.Kişiler bir “Qadının” ilk sevdiyi adam olmaği istərmiş, Qadınlarsa bir “Kişinin” son sevdiyi qadın olmağı istərmiş deyə yazılmışdı. Sən də mənim son sevdiyim qadınsan.Mənim qadınım olmağın üçün hər gün dua edərək isdəyəcəm səni Allahdan.İçimdə sənə hiss etdiklərimi gözlərinin içinə baxaraq deməy üçün hər gün dua edəcəm.Sən mənim son sevdiyim “Qadın” olaraq qalacaqsan “Can içim”💙







