Üç dostdan birinə söykənirik biz
Üç dostdan birinə söykənirik biz:
Ümid — qoyur intizarda
adamı tez-tez.
Demir ki,
həsrətli gözlərin çoxu
mənim hesabıma görür
hələ də.
Sanki doğulurlar insanlar yenə,
ümidlə başlayan bu mərhələdə.
Bizə bir ikinci yoldaş da lazım;
Biz onun adına
«Qismət» deyirik.
Ən çətin bir anda
olur insanların imtahanında.
Sınağa çəkilir insan qədərlə,
Sonra yaşamalı olur
kədərlə...
Qismətdən yapışan iki əllidir,
amma
boş ümiddir,
boş təsəllidir...
Son çarə olaraq üzümüzü biz,
Tuturuq
inamın yoluna tərəf.
İnamla doğrulub
gələcəyimiz!
İnamla yorğulub
öz gəncliyimiz!
İnam —
səadətə aparan cığır,
İnam —
ürəklərin xoş aramıdır.
İnamla açılır hər bağlı qapı!
İnamsız yaşasan,
«QAPI BAĞLIDIR!»
#ƏliXankişiyev







