HASANLY

HASANLY İdman 7-08-2025, 15:46

"Qəbələ" heyətini "Real Madrid"in yetirməsi ilə gücləndirdi

"Qəbələ" heyətini "Real Madrid"in yetirməsi ilə gücləndirdi

"Qəbələ" heyətini "Real Madrid" klubunun yetirməsi olmuş Xayme Sierra ilə gücləndirib.

Loading.Az Apasport.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi ispan futbolçu ilə anlaşmaya nail olub.

27 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanacaq.

Onun bu gün Xorvatiyadan Azərbaycana gələrək "Qəbələ" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, Sierra dayaq yarımmüdafiəçisidir. O, "Real Madrid" klubunun yetirməsidir və karyerası ərzində "Loqronyes", "Leonese", "Atletiko Baleares" (hamısı İspaniya) və "Deynze" (Belçika) klublarında çıxış edib.

Qeyd edək ki, Xayme Sierranın Xorvatiya təmsilçisi "Varajdin"lə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 189 208 200 185 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.