ice berg

ice berg Mətbəx 20-08-2025, 20:00

Şirəli ananaslı keks - İdeal desert

Şirəli ananaslı keks - İdeal desert

Şirniyyat həvəskarları üçün sadə, amma ləzzətli bir resept təqdim olunub.

 

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, food-bloqer Yekaterina Proçişina “Instagram” səhifəsində dadlı ananaslı keks reseptini paylaşıb.

 

Tərkibi: Konservləşdirilmiş ananas – 1 banka, şəkər 150 q, yumurta 3 ədəd, qabartma tozu 15 q, un 2 stəkan (350–400 q), kərə yağı 70 q, vanil 1 çay qaşığı, portağal qabığı (istəyə görə)


Hazırlanma qaydası:

 

1.Konservləşdirilmiş ananasın suyunu ayrıca qaba süzün (sonradan lazım olacaq).

 

2. Ananas dilimlərini qaba qoyun, üzərinə yumurta, şəkər, yağ əlavə edin və blenderlə yaxşı qarışdırın.

 

3. Sonra un və qabartma tozunu əlavə edib xəmir hazırlayın.

 

4. Hazır xəmiri formaya tökün və 170°C-də 40–45 dəqiqə bişirin.

 

5. Keks sobadan çıxar-çıxmaz üzərinə əvvəlcədən saxladığınız ananas suyunu gəzdirin.

 

Keks incə teksturası, tropik ətri və şirəli dadı ilə seçilir. Bu desert həm gündəlik süfrə, həm də bayram süfrəsi üçün əla seçimdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 222 200 165 213 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.