ice berg

ice berg Ana və uşaq 20-08-2025, 18:00

Uşaqlar inamlı danışan insanlara daha çox güvənirlər

Uşaqlar inamlı danışan insanlara daha çox güvənirlər

Alimlər müəyyən ediblər ki, uşaqların yeni inanclar formalaşdırması insanların nə dərəcədə güvənlə danışmasından asılıdır.

 

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, tədqiqatlara görə 8 yaşdan yuxarı uşaqlar ziddiyyətli məlumatlarla üzləşəndə yalnız bir tərəfə üstünlük vermir, əksinə, hər iki mövqedən yeni nəticə çıxara bilirlər.

 

Eksperimentdə 5–10 yaş arası 92 uşaq iştirak edib. Onlara kompüter üzərində “detektiv” oyunu təqdim olunub. Oyunda “şahid” canavarlar ya eyni fikri deyib, ya da fərqli variantları göstəriblər. Nəticədə uşaqlar daha çox inamla danışan şahidin dediyini seçiblər.


Mütəxəssislər hesab edirlər ki, bu, uşaqlarda tənqidi düşüncənin inkişaf mərhələsini göstərir. Onlar informasiyanı sadəcə təkrarlamaqdan imtina edərək aktiv şəkildə analiz etməyə başlayırlar.

 

Alimlər gələcəkdə uşaqların qərarlarına digər etibarlılıq amillərinin necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 189 259 202 232 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.