Lusi

Lusi Hekayələr 30-09-2017, 11:47

Jasmin - BöLüm 17

Jasmin - BöLüm 17


Jasmin (Oyun Bitdi) BöLüm 17


Zamanla çox öyrəşdim Sofiyaya.Hər gün bir yerdə olurduq.Beləcə günlər,həfdələr,aylar keçirdi.Jasmindən heç bir xəbər yox idi.Əzab çəkirdim onsuz doğrusu.Ama Sofiya mənə hər şeyi unutdururdu.Günlərimiz çox yaxşı keçirdi.

Şirkətdə otağımda əyləşmişdim birdən zəng gəlir və telefonu açıram.

Mən:Alo

Cahit:Salam Rüstam necəsən?

Mən:Yaxşıyam bro sən necəsən?

Cahit:Yaxşıyam sənə xoş xəbərlər var

Mən:Buyur bro

Cahit:Ortaqlar tərəfindən bir tədbir hazırlanıb

Mən:Necə bir tədbirdi bu Cahit?

Cahit:Yeni illə bağlı parti keçiriləcək.Bizdə dəvətliyik

Mən:Əlbətdə Nə vaxt harda?

Cahit:31 dekabr saat 9 dan başlayacaq tədbir səhərə qədər yeri sabah bildirəcəklər

Mən:Oldu Cahit gedərik

Telefonu keçirib stola qoydum.İş telefonunu açıb zəng elədim və mənə bir çay gətirməklərini isdədim.

Bir neçə dəqiqə keçmişdi çayımdan içə-içə pəncərədən bayıra baxırdım.Niyə qoyub getdi ki, məni? 1 il 4 ay keçmişdi məni tərk etməyindən.Heç axtarmadım çünki seçimini eləmişdi.Bu müddət ərzində isə çingiz artıq həbsxanada idi.Sofiyayla xoşbəxt idim ama həyatımda bir şeylər əskik idi.Nə vaxt xoşbəxt olsam bir şeyin çatmadığını görürəm.Nəysə boş verməliyəm gərək sofiyaya xəbər verim hazırlaşsın sabah baş tutacaq tədbirə.Ayağa qalxıb otaqdan çıxdım.Sofiyanın otağına tərəf gəlib qapını döydüm.Buyur sözündən sonra içəri girdim.

Mən:Olar içəri keçmək?

Sofiya ayağa qalxıb mənə tərəf gəldi boynuma sarılıb üzümdən öpdü əlbətdə sevgilim

Sofiya:Buyur əyləş canım

Mən:Yox oturmayacam parti var sabah axşam saat 9 da ora gedəcik hazırlaşarsan

Sofiya:Yaxşı Otursaydın keşke danışardıq biraz

Mən:Yox Sofiya işlərim var axşam evdə danışarıq

Deyib otağdan çıxdım.Sürətli addımlarla pilləkənləri enirdim.Qapıdan çıxarkən yolkanın ətrafının boş olduğu gözümə dəydi.Qalib deyə bağırdım bir neçə saniyə keçməmiş yanımda idi.

Qalib şirkətimizdə məndən sonra ikinci şəxs sayılırdı bütün işlərimlə məşğul olurdu.

Qalib:Buyurun buyurun Rüstam Bəy

Mən:Bu yolkanın ətrafı niyə boşdur?

Qalib:Rüstam Bəy necə olmasını əmr edirsiz?

Mən:Mən sabah buranı belə görsəm məndən incimə.Hər bir işci hər bir çalışanımız üçün hədiyyə olacaq.Bir adam belə hədiyyəsiz qalmayacaq.Kimin ailəsində nəyə ehtiyacı varsa təmin elə.

Qalib:Necə əmr edirsiz yerinə yetiriləcək şüpəniz olmasın

Başımla oldu deyib ordan çıxdım maşına əyləşib sahilə tərəf yol aldım.Yol tamamilə boş idi.Sanki şəhər tərk edilmişdi başımı qaldırıb düz qarşıma baxanda Jasmini gördüm.Tez maşını qırağa çəkməyə çalışdım.Sürətim həddindən artığ çox idi.Çətinliklədə olsa maşını yoldan çıxardım.Tez maşından enib Jasminə tərəf getdim.Bir neçə addım atmışdım ki,Jasmin yox oldu.Nə olduğunu anlamırdım.Bir qədər sonra xəyal gördüyümün fərqinə vardım.Ətrafıma baxdığımda artıq gedəcəyim yerə çatdığımı gördüm.Hava soyuq idi ama mən heçnə hiss etmirdim.Sahildə oturub olanları düşünürdüm.1 il 4 ay yaşamamış kimiyəm.Son dəfə mənə toxunuşları gözlərimin önünə gəlirdi.Hiss etməyə çalışırdım o an ayıla bilsəm getməsini əngəlliyə bilərdim bəlkə də.Çox üzülürdüm həqiqətən jasminlə tanış olduğumdan bu günə olan hər şey gözümün önündən keçirdi.Gözlərində qeyb olurdum mən özümü onda tapmışdım.Axı o mənim ikinci yarım idi.Necə məni tək qoyub gedə bildi?Məgər biz söz verməmişdikmi?Bu qədər əzablara xoşbəxt olmaq üçün qatlaşmamışdıqmı?Hər şey tam yoluna düşmüşkən axı niyə?

Sayfa 2 / 2
Bütün bu suallar içimi yiyib-bitirirdi.Artıq hava qaralırdı Sofiya evdə idi.Getməli idim əslində sofiyanı sevirdim ama Jasmini unuda bilmirdim.Ayağa qalxıb maşına mindim və sürətlə burdan uzaqlaşdım.Şəhərin hər bir yanı onu xatırladı.Sanki bütün şəhər susmuşdu.Evə çatdım maşından enib içəri keçdim kefimin olmadığını bəlli etməməyə çalışırdım.Yeməkdən sonra içəri keçib yerimə uzandım.Bir qədər sonra Sofiya gəldi

Sofiya:Rüstam?Yatmısan?

Gözlərimi qapayıb sakit durdum ki,Yatdığımı zənn eləsin gəlib üzümdən öpdü və üzərimi yaxşı örtüb otaqdan çıxdı.Yavaş-yavaş gözlərimi qapayırdım.

31 Dekabr saat1940

Partiyə saatlar qalırdı biz hazır idik.Artıq yeni bir ilə keçirdik.Ama qərar verməli idim bu ilə Jasminlə bağlı fikirlərimləmi girəcəkdim,yoxsa yeni bir başlanğıcmı edəcəkdim?.Sürməni açıb Jasminlə mənə məxsus olan üzüyü çıxardım.Cibimə qoyub otaqdan çıxdım.

Mən:Əzizim hazırlaşırsan?Birazdan çıxacağıq evdən

Digər otaqdan Sofiyanın səsi gəldi

Sofiya:Hə Rüstam 10 dəqiqəyə çıxa bilərik

İçəri keçib məndə əynimi dəyişdim saçlarımı səliqəyə saldım tam hazır idim.Otaqdan çıxanda Sofiya ilə qarşılaşdıq.Həqiqətən çox gözəl olmuşdu

Sofiya:Rüstam(Udqunur)

Mən:Hə canım

Sofiya:Ama sən çox yaraşıqlısan

Gülümsəyib onu qucaqladım.Gəl bura dəli qız))

Əlindən tutub evdən çıxardım onu,maşına oturub parti olacaq məkana tərəf getməyə başladıq.Nəhayət yetişdik maşından enib,Sofiyanın qapısını açdım.Əlindən tutub içəri keçdim.Hər kəslə görüşdükdən sonra onu bir kənara çəkib dedim

Mən:Sofiyam mən bir neçə dəqiqəyə qayıdacam.Görüləsi son bir işim var.2016 Bizim üçün daha xoş bir il olacaq.

Sofiya:Hara gedirsən ki, Rüstam?

Mən:Sadəcə bir neçə dəqiqəlik sahilə enib qayıdacam.Dənizlə vidalaşmalıyam bütün pis xatirələrimi boğacam bu gün.

Bunları deyib sahilə tərəf endim.Bir qədər küləkli hava idi cibimdə ki,Üzüyü çıxardım.Hə jasminin son xatirəsi səninlədə belə ayrılırıq.Artıq tərk elə mənim ürəyimi Jasmin .Artıq ürəyimdə ki,Yerini ver Başqasına.Yeni bir ilə yeni bir ruhda girmək isdəyirdim artıq.Əlimi qaldırıb Üzüyü dənizə tərəf atmaq isdəyirdim ki,Arxadan bir səs gəldi.

"Yaşıl Gözlüm"

Sanki bütün ruhum büdrədi.Əllərim əsirdi gözlərim axırdı.Yox mən artıq onun səsini eşitməyə başlamışam

Burdayam Yaşıl Gözlüm

Çətində olsa bütün gücümü toplayıb geri çevrildim.Yox mən xəyal görürdüm.Qarşımda dayanmışdı heç dəyişməmişdi həmin gözlər həmin baxışlar.

Jasmin:Mən geri qayıtdım Rüstam(Ağlayaraq)

Mən:Sən qayıtmamısan yox mən sadəcə xəyal görürəm qayıtmamısan

Bir neçə addım irəli atıb əlimdən tutdu.Sanki bütün bədənim əsdi.Bədənimdən soyuq bir tər süzülürdü.Nəfəsim kəsilirdi

Mən:Yalvarıram etmə Jasmin

Ayaqlarım büdrəyirdi özümü idarə edə bilmirdim.Jasmini ürəyimin bir küncünə gizlətmişdim.Əsən külək onu çıxarırdı ordan.Gözlərimdən damla-damla yaşlar süzülürdü.Bir neçə saniyədə orda qalsam ürəyim dözməyəcəkdi.Uzaqlaşmaq isdədim ama əlimdən tutub məni skamyada otuzdurdu.

Jasmin:Nələr çəkdiyini bilirəm Rüstam hər şeyi izah edəcəm

Mən:Səni o oğlanla görmüşəm nəyi izah edəcəksən?"Sirlərin sonunda açıldı Oyun bitdi Artığ"

Boynuma sarıldı Şşşş hər şeyi izah edəcəm söz.Nə olar izin ver sənə sarılım,Qoxunu doyunca içimə çəkim.

Uşaq kimi olmuşdum.Sadəcə gözlərimdən yaşlar süzülürdü.Hər şeyi unudub özümü ona buraxmaq isdəyirdim.Nə qədər əzab çəkirdim.Ruhum büdrəyirdi,bütün bədənim əsirdi.Nəfəs ala bilmirdim çox darıxmışdım onun üçün saçlarının qoxusu məni məhv edirdi.Ama niyə indi geri döndü ki?Tam onu unutmağa başlamışkən həmdə((Gəlişiylə bütün həyatımı alt-üst edəcəkdi.Qalxıb qaçmaq isdəyirdim ama sanki əllərim-ayaqlarım bağlanmışdı.Ürəyim sızlayırdı elə bil.Bu necə bir hiss idi.

Mən:Nə olar Jasmin dəyan.Artığ ürəyim dözməyəcək

Jasmin:Gözlərimə Bax

Başımı qaldıra bilmirdim.Öləcəkdim indi başımı özünə tərəf çevirib gözlərimə baxdı.Əliylə gözlərimdən axan yaşları sildi.Toxunuşuyla gözlərimi qapadım.Bu dəqiqə nəfəsim kəsiləcəkdi.O,an dodaqları dodaqlarıma toxundu.Ömürlük həbs olundum ona.Nə gözlərimi açmağa nədə ki dodaqlarımı qaçırmağa cəsarətim var idi.Artıq onun qəlbinə sürgün idim....

Sofiya-dan

Rüstam dediyi vaxtdan xeyli keçmişdi.Onun üçün narahat olurdum.Asta addımlarla sahilə enirdim.Qarşımdan qarson keçirdi.Onu saxlayıb 2 çay götürdüm.İndi üşüyüb yəqin içini isindirər bu çay deyə düşündüm.Qapıdan çıxıb pilləkənlərlə endim.Sahilə enirdim başımı qaldıranda.Qarşımda ki,Skamyada Rüstami gördüm,Bu bu Jasmin idi.Asta bir şəkildə udqundum.Geri dönmüşdü o,Rüstami öpürdü.Gözlərimdən bir neçə damla yaş yanağımdan aşağı doğru süzüldü.Əlimdə ki,Stəkanlar yerə düşdü.Hər şey Bitmişdi Artıq.


MüəLLif: Джиган(А л и)



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
796 681 664 677 634 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.