ice berg

ice berg Şeirlər 1-09-2025, 23:00

Sevmə məndən özgəsini

Sevmə məndən özgəsini

 

🌹🪦Sevmə məndən özgəsini,

İncidərlər, küsdürərlər.

Hamı mənim kimi deyil,

Hər səhvinə pis deyərlər.

 

🪦🌹Sevmə məndən özgəsini,

Gəlib dərdin bölən deyil.

Hörülməyən saçlarının,

Hər telinə ölən deyil.

 

🪦🌹Sevmə məndən özgəsini,

Nə bilsinlər sevmək nədir.

Saatlarca gözləyib və,

On saniyə görmək nədir.

 

🪦🌹Sevmə məndən özgəsini,

Bil, arxanda duran deyil.

Büdrəyib də yerə düşsən,

Əllərindən tutan deyil.

*✒️Elgün İlyasoğlu*

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
714 763 766 670 731 764

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.