Yağış da qayıtdı bu yay günündə
Yağış da qayıtdı bu yay günündə,
Zamansız qayıdıb dönənlər kimi.
Yazıram sözümü dərd dəftərində,
Dərdini varaqla bölənlər kimi.
Pozuldu fəsillərin əhdi-nizamı,
Sən səfa çəkərsən, mənsə cəfamı.
Yaşarkən vermişəm belə qərarı
Ağlaya-ağlaya gülənlər kimi.
Bir odun içində alışarıq biz,
Zamanla həm küsüb barışarıq biz.
Bilmirəm, bəlkə də qovuşarıq biz
Uzaqdan-uzağa sevənlər kimi...🍃
#NailZeyniyev







