ice berg

ice berg Mətbəx 6-09-2025, 21:00

Təbriz Küftəsi

Təbriz Küftəsi

Təbriz Küftəsi

 

Təbriz küftəsi dünyanın ən orijinal və ən özəl küftələrindən biridir. Onu hazırlamaq üçün xüsusi alətlər və səbir lazımdır. İlk olaraq avəng (dibək) və dəstə gərəkdir. Avəng adətən taxtadan hazırlanır, dəstə isə daşdan olur. Avəng ən azı bir kiloqram əti döyməyə uyğun olmalıdır. Ət olaraq dana və ya quzu əti seçilir. Ət dibəkdə daş dəstə ilə ən azı yarım saat yaxşıca döyülür.

 

Bir kiloqram ət üçün:

 

150 qram ləpə (bişirilmiş noxud və ya maş lobya),

 

150 qram düyü lazımdır.

 

 

Ləpə və düyü əvvəlcədən bir az bişirilmiş olmalıdır. Döyülmüş ət ləpə və düyü ilə birlikdə yenidən təxminən 15 dəqiqə döyülür. Bu mərhələdə ədviyyatlar və xüsusi göyərtilər əlavə edilir.

 

Daha sonra hər kəsin zövqünə görə küftənin içinə:

 

qovrulmuş quru soğan,

 

qoz ləpəsi,

 

bəzən isə böyük horuz və ya kiçik horuz əti qoyula bilər.

 

 

Hazırlanan küftə iri, yumru bir top şəklinə salınır, xüsusi siniyə yığılır, yanına bir böyük kasa su əlavə olunur və asta odda təxminən 1 saat bişirilir.

 

Nəticədə süfrəyə gətirilən Təbriz küftəsi həm doyurucu, həm də bənzərsiz bir ləzzət təqdim edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 204 207 214 157 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.