AzizA

AzizA Ayaqqabı 10-09-2025, 15:30

Rahat bilib geyindiyimiz kroksların təhlükəli fəsadları

Rahat bilib geyindiyimiz kroksların təhlükəli fəsadları

Rusiyanın Perm Politexnik Universitetinin alimləri gündəlik həyatımızda və şəhər modasında geniş yayılmış məşhur kroks ayaqqabılarının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

İniversitetin "Hesablama riyaziyyatı, mexanika və biomexanika" kafedrasının dosenti Vladislav Nikitinin sözlərinə görə, krokslar rahat və praktik olsa da, onların konstruksiyası ayağın düzgün fiksasiyasını və dəstəyini təmin etmir. Bu səbəbdən ayaq içində artıq hərəkətlər edir, bel və ayaq əzələləri isə bu sabitsizliyi kompensasiya etməyə çalışır. Nəticədə, ayağın təbii hərəkət mexanizmi pozulur, yüklənmə bərabər paylanmır və bu da burxulma riskini artırır.

Qısa müddətli istifadədə yorğunluq, uzunmüddətli istifadədə isə dayaq-hərəkət sistemində xroniki problemlərə səbəb ola bilər.

Bundan əlavə, gigiyenik risklər də mövcuddur. "Ayaqqabının içindəki rütubətli və isti mühit - bakteriya və göbələklər üçün ideal inkubatordur. Əgər kroksları hər istifadədən sonra yuyub qurutmursunuzsa, bu orqanizmlər aktiv şəkildə çoxalır", - deyə universitetin "Kimya və biotexnologiyalar" kafedrasının dosenti Anastasiya Zorina bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 305 279 317 259 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.