(Yağışın Altında)
-Xoşbəxtliyi axtar, tap. Sən ona layiqsən.
Qadın başını tərpətdi.
-Ömür insana bir dəfə verilir. Qoyma ki, elə-belə qum kimi barmaqlarının arasından axıb getsin.
Yenə başını tərpətdi.
-Bir söz deməyəcəksən?
O, dalğın-dalğın baxdı. Nəsə demək istəyirdi, amma....
-O biri dünyada axtarıb taparsan məni, - dedi.
-Bu dünyada deyə bilmədiklərimi, bəlkə orada deyərəm sənə.
Geriyə baxmadan qapıdan çıxıb getdi...






