ice berg

ice berg İslam Dini 14-09-2025, 17:00

Həcc əməllərindəki təqsir nə deməkdir?

Həcc əməllərindəki təqsir nə deməkdir?

Təqsir ümrə və həcc mərasimlərinin vacib əməllərindən biridir. Saçın ya saqqalın, bığın tükündən bir az kəsməyə, yaxud da dırnağı qısaltmağa deyilir. Ümrəni yerinə yetirənlər səy əməlini (Mərvə və Səfa təpələri arasında iti yerişlə yeriməyi) bitirdikdən sonra təqsir etməlıdirlər (saçın nə qədər qısaldılması barədə İslam məzhəblərinin fikir ayrılığı vardır). Həcci yerinə yetirənlər isə zilhiccə ayının 10-da (Qurban bayramı günü) qurbanlıq kəs­dikdən sonra təqsir edirlər. Təqsirdən sonra hacılar ehramdan çıxırlar və ehramın qada­ğanları aradan götürülmüş olur. Həccə ilk dəfə gələn kişi istəsə saçını tamam qırxdıra da bilər, təqsir edə də bilər; amma saçını tamam qırxdırması daha savabdır. Qadın isə hər iki halda – həm birinci, həm də növbəti həcc ziyarətində – təqsir etməlidir (saçından və dırnağından bir az kəsməlidir).


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 262 242 267 273 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.