ice berg

ice berg Münasibətlər 17-09-2025, 16:00

İki insan arasında sağlam münasibətin əsas təməli nədir?

İki insan arasında sağlam münasibətin əsas təməli nədir?

"Sağlam münasibət iki insanın bir-birinə qarşı dürüst, şəffaf və eyni zamanda mərhəmətli davrandığı bir bağdır".

 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova  açıqlamasında deyib. 

 

O bildirib ki, bu cür münasibətdə insanlar özlərini olduğu kimi təqdim etməkdən və hisslərini bölüşməkdən qorxmurlar:

 

"Çünki bilirlər ki, qarşı tərəf onları olduğu kimi qəbul edir. Yəni dəyişmək deyil, birlikdə inkişaf etmək üçün oradadırlar. İnsan bir münasibətdə özünü rahat, dinlənilmiş və dəyərli hiss etməlidir. 

 

Bu hisslər təbii yolla yaranmır, zamanla qurulur. Ən sadə məqamda belə qarşı tərəfin susqunluğunu anlayacaq qədər diqqətli davranmaq, onun gülümsəməsinə səbəb olmaq, səhvlərində təqsirkar axtarmaq yerinə səbəbləri araşdırmaq münasibəti gücləndirir". 


 

Ekspert qeyd edib ki, sevgi təkcə hiss deyil, davranışların və seçimlərin toplamıdır:

 

"Əgər münasibət içində hər iki tərəf yalnız almaq yox, vermək istəyirsə, bu münasibət nəfəs almağa davam edir. Qısqanclıq, nəzarət ehtiyacı, manipulyasiya kimi davranışlar isə bu nəfəsi daraldır. İnsan qarşısındakı ilə rəqabət aparmamalı, birlikdə böyüməyi seçməlidir. Bəzən sevmək, sadəcə qulaq asmaqdır, bəzən bir cümlə ilə rahatlatmaqdır".

 

Psixoloqun sözlərinə görə, hər kəsin yorulduğu və özünü tükənmiş hiss etdiyi anlar olur:

 

"Lakin sağlam münasibətdə bu anlar paylaşılır, gizlədilmir. Səbrli olmaq, dinləməyi bacarmaq və zaman-zaman "mən haqlıyam" ehtiyacını bir kənara qoymaq sevgini qoruyur. İki insan bir-birinin yanında azad nəfəs ala, heç nəyi sübut etməyə ehtiyac duymadan var ola bilirsə, orada sevgi də, hörmət də, güvən də var deməkdir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 219 226 167 183 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.