AzizA

AzizA Məsləhətlər 20-09-2025, 11:30

Stressi azaltmaq və tez yuxuya getmək üçün ÜSULLAR

Stressi azaltmaq və tez yuxuya getmək üçün ÜSULLAR

Nevroloq Ceyms Parker yuxusuzluq zamanı “barmaq nəfəsi” adlandırdığı texnikadan istifadə etməyi məsləhət görüb.

Parkerin sözlərinə görə, bu üsul bir neçə dəqiqəyə stressi aradan qaldırmağa kömək edir. Bunun üçün rahat kresloda oturmaq və ya yatağa uzanmaq, bir əlinizi irəli uzadıb barmaqları açmaq lazımdır. Sonra digər əlinizlə şəhadət barmağınızla açıq əlinizin konturunu yavaş-yavaş izləyirsiniz: baş barmaqdan başlayaraq çeçələ barmağa qədər.

Həkim vurğulayır ki, bu texnikanı edərkən düzgün nəfəs almaq çox vacibdir. “Barmağın yuxarı hissəsinə doğru hərəkət edərkən burunla dərin nəfəs alın, aşağı doğru enərkən isə ağızla nəfəs verin”, - Parker izah edib.

Parker bildirir ki, bu texnika həm sinir sistemini sakitləşdirir, həm də yuxuya getmə prosesini asanlaşdırır. Xüsusilə günün gərgin keçdiyi hallarda və ya yuxusuzluq zamanı bu metodun tətbiqi faydalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 172 183 144 153 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.