ice berg

ice berg Mətbəx 23-09-2025, 15:00

Şokoladlı keks - Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət

Şokoladlı keks - Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət

Yumşaq, ətirli və şokoladlı... Bu keks, xüsusilə səhər çaylarının və qonaq qəbulunun əvəzolunmaz təamı olacaq.

 

Loading.aZ xəbər verir ki, şokolad sevənlər üçün hazırlanmış bu resept sadəliyi ilə də seçilir.

 

Tərkibi:

 

Yumurta - 2 ədəd

 

Süd - 1 stəkan

 

Şəkər tozu - 1 stəkan

 

Kakao - 2 xörək qaşığı

 

Bitki yağı - yarım stəkan

 

Un - 1,5 stəkan

 

Qabartma tozu - 1 çay qaşığı

 

Vanil - 1 paket

 

Hazırlanması:

 

Yumurta və şəkər yaxşıca çalınır. Üzərinə süd, yağ və kakao əlavə olunur. Sonra un, qabartma tozu və vanil qatılaraq tam homojen xəmir əldə edilir. Hazır xəmir yağlanmış qəlibə tökülür və 170°C-də 35-40 dəqiqə bişirilir.

 

Loading aZ xatırladır ki, bu reseptlə hazırlanan şirniyyatlar istənilən zaman çay süfrənizin ulduzuna çevriləcək.

 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
203 215 205 190 230 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.