✿❀✔❥Sevdim Seni Bir Kere✿❀✔❥

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan,
Bir an da, bir an da çəkilməyirsən.
Fikrət Qoca.
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan,
Bir an da, bir an da çəkilməyirsən.
Fikrət Qoca.

Bilmədim, uydum bu məcnun könlümün fəryadinə,
Eşqə dil verdim, bəladan başqa bir şey görmədim.
Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,
Mən hənuz əsla cəfadan başqa bir şey görmədim.
— Hüseyn Cavid
Eşqə dil verdim, bəladan başqa bir şey görmədim.
Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,
Mən hənuz əsla cəfadan başqa bir şey görmədim.
— Hüseyn Cavid

Ya əlim al qaldır məni,
Ya vəslinə erdir məni.
Çox ağlatdın, güldür məni,
Gəl gör məni eşq neylədi!
— Yunus Əmrə
Ya vəslinə erdir məni.
Çox ağlatdın, güldür məni,
Gəl gör məni eşq neylədi!
— Yunus Əmrə

Adsız xoşbəxtliyin üzü soyuqdur,
Bədbəxtlər tanınır, bəs kimdi xoşbəxt?
Xoşbəxtiyin aydın izahı yoxdur,
Adsız xoşbəxtliyi ummaram heç vaxt.
Baxtım da, taxtım da bundan sonra sən,
Uydurma xəyala daha nə hacət.
Gözümün önündə dura-dura sən,
Nəyimə gərəkdir məchul səadət?
— Ağasən Bədəlzadə
Bədbəxtlər tanınır, bəs kimdi xoşbəxt?
Xoşbəxtiyin aydın izahı yoxdur,
Adsız xoşbəxtliyi ummaram heç vaxt.
Baxtım da, taxtım da bundan sonra sən,
Uydurma xəyala daha nə hacət.
Gözümün önündə dura-dura sən,
Nəyimə gərəkdir məchul səadət?
— Ağasən Bədəlzadə

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah… könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!

O diyor ki bana:
— Sen kendi sesinle kül olursun ey!
Kerem gibi yana yana…
«Deeeert çok, hemdert yok»
Yüreklerin kulakları sağır…
Hava kurşun gibi ağır…
Ben diyorum ki ona:
— Kül olayım Kerem gibi yana yana.
Ben yanmasam
sen yanmasan
biz yanmasak,
nasıl çıkar karanlıklar aydınlığa..
— Sen kendi sesinle kül olursun ey!
Kerem gibi yana yana…
«Deeeert çok, hemdert yok»
Yüreklerin kulakları sağır…
Hava kurşun gibi ağır…
Ben diyorum ki ona:
— Kül olayım Kerem gibi yana yana.
Ben yanmasam
sen yanmasan
biz yanmasak,
nasıl çıkar karanlıklar aydınlığa..

Sayta verdi:Kukulka