ice berg

ice berg Kosmetologiya 25-09-2025, 21:00

Bir manata satılan kosmetik məhsullar...

Bir manata satılan kosmetik məhsullar...

Qadınlar gözəl və baxımlı görünmək üçün, demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. 

 

Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsullar satılır.

 

Üstəlik, Bakının müxtəlif yerlərində bütün kosmetik vasitələrin bir manata satıldığı mağazalara da rast gəlinir. 

 

Kosmetoloq Aytəkin İsmayılova deyib ki, ucuz və saxtalaşdırılmış kosmetik vasitələrin dəriyə mənfi təsir edir:

 

“Keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Belə məhsullardan istifadə dəridə qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb olur. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir. Keyfiyyətsiz məhsullar dəridə qırışlar əmələ gətirir və quruluq yaradır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 285 335 305 301 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.