AzizA

AzizA Kişilər 25-09-2025, 09:30

Kişilərə ziyanlı olan qidalar

Kişilərə ziyanlı olan qidalar

Kişilər zəngin qidalanmağı sevir. Onlar daha çox ət məhsulları və spirtli içkilərə meyil edir. Ancaq bəzi qidalar kişilərin ziyanınadır.

Hazır doğranmış pendir və kolbasalarla kişilərin qidalanması məsləhət deyil.

Ən populyar və zərərsiz hesab olunan pivə kişilərdə qadın döşü kimi sinə formalaşdırır. Pivə testosteronu azaldır.

Əgər kişidə testosteron və digər vacib hormonlar azdırsa, cinsi istəksizlik varsa, çuğundur olmaz. Çünki çuğundur qadın hormonlarını daha da artırır.

Bununla yanaşı, süd və süd məhsulları orqanizmdə qadın hormonu olan estrogen və progesteronu artıraraq, kişi hormonu olan testosteronu azaldır.

Qızardılmış ətdə bədənə ciddi zərər verə biləcək yüksək konsentrasiyalı kanserogenlər var.

Ətin yüksək temperaturda qızardılması prosesində heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər əmələ gəlir. Bu maddələr xərçəng və ürək-damar patologiyalarının inkişafına kömək edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
198 215 193 221 173 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.