Bunu sənə heç toxunmadığın əllərimdən yazıram

Bunu sənə heç toxunmadığın əllərimdən yazıram



indi, bu dəqiqə, bu an:
bir kəpənək qanad çalmırsa dünyanın bu başında
demək kimsə okeanın o tayında havasızlıqdan boğulur…
indi Suriyada, Hələbdə öldürülürsə uşaqlar
yəqin Himalayın ətəklərində hansısa kənddə doğulur -doktor, reankarnasiya gerçəkdirmi?

indi, bu dəqiqə, bu an
öz həyatımı canlandırıram absurd teatr səhnəsində
və heç kəs anlamır ki, mən həqiqətən ölürəm.
alqışlarla endirin məni səhnədən, başım gicəllənir
biri çiçək uzatsın məzarımın üstünə, mən də birazdan gəlirəm… -Doktor, ölmədən məni sevmək ehtimalın varmı?

indi, bu dəqiqə, bu an
dünyanın bütün uşaqlarına nağıl oxuya bilərəm
günəş batmadan sev məni, sonra əllərim donacaq…
dünyadakı bütün sevgilər yad dildədir, öyrənirəm
və bütün yoxluqlar sənsən, və hər şey yox olacaq -Doktor, morfinsiz kəsə bilərsənmi əllərimi?






Bir tərəf daim yalan danışdı, aldatdı, yalan güldü, yalan sevdi, yalan sevirəm dedi. Bir tərəf daim getdi.. Nə qədər çalışsamda o sözü gedən tərəf ola bilmədim heç zaman. Məni ya itələdilər yada mən birinin həyatında qalmaq üçün əlimdən gələni etdim ama olmadı. 'Sevən getməz' deyirlər də boş deyirlər əzizlərim. Ən çox sevən gedər. Şair 'Sən yetər ki, gül mən yoxluğunada razıyam' demiş. Bəzən tərk etmədən də gedə bilirlər.Çox sevmək yetmir güvən vermədikcə. Və sən onu yarı yolda buraxdıqca çox sevən də yorulur. 'Sevsəydi getməzdi sevən gedər mi?' deyirsiz. Bəs 'Sevən incidər mi? Getmək məcburiyyətin də buraxar mı birini?' deyə cavab verirəm sizə. Bu hər kəsə aid deyil düzdür. Amma bəzi vicdanını itirmiş insanlar var. Eqoları göylər də üzür və özlərini vaz keçilməz hiss edib qarşındakına hər cür xəyanəti edib sonrada 'Nə varki?' burda deyirlər. Bəzi insanlar sevsədə başqa şeylərdən vaz keçə bilməzlər bəzi insanlar çox sevirəm ama getməliyəm deyərlər. Bəzi insanlar sadəcə incidər. Sevsədə sevməsə də incidər. Çünki elə öyrənib sevgini elə bilir.




Bəzən olur həyatınızın tam ortasına birisi gəlir. Nəfəslərinizi tutub nəfəs almadığınız halda içinizdən sizə öz nəfəslərini verir. dünya qədər problem və çətinliyinizin, dərdinizin olduğu halda onu görmək, gülüşünü görmək sizə hər şeyi unutdurur. Yıxılmısız lakın onum təbəssümü, beyninizdən çıxmayan gözləri sizə "ayağı qalx və savaş" tövhəsi verir. Sırf o gülür deyə bu həyatla döyüşməyə dəyər. Bilirsiz sevgi artdıqca ümiddə addım atır. Beləcə bir anda ümidlər dənizində üzürsən. Nəyə ümidlənirsən heç onu da bilmirsən. Varlığından ilham alıb yaşayırsan. Gülüşündən ilham alıb saxtasızca gülürsən. Baxışlarından ilham alıb yazırsan.















Redaktə etdi:Meley0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 599 535 586 531 555

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.