ice berg

ice berg İdman 16-10-2025, 11:00

“Qalatasaray” erməni futbolçunu alır

“Qalatasaray” erməni futbolçunu alır

Türkiyənin “Qalatasaray” klubu “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyana müqavilə təklif etməyə hazırlaşır.

 

Loading.aZ xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk 25 yaşlı erməni futbolçunu hücum yönümlü yarımmüdafiəçi kimi görür. Gözlənilir ki, klubun rəsmi təklifi 2026-cı ilin yanvarında irəli sürüləcək.

 

2025/26 mövsümündə Eduard Spertsyan bütün turnirlərdə 16 oyunda iştirak edərək 5 qol vurub və 10 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

 

Transfermarkt portalının məlumatına görə, futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 134 148 149 183 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.