Jasmin - BöLüm 21

Jasmin (Başlanğıcmı) BöLüm 21
Fidandan
-Hər şey yaxşıdır Çingiz narahat olma
-İndi növbə gəldi onun şirkətlərinə.Rüstam olmadıqdan sonra onları ələ keçirməyin çox çətin olacağını düşünmürəm Fidan.
-Ruslan buradadır Çingiz.
-Ruslanmı?Onun burada nə işi var ki?
-İş üçün gəlmişdi olanlardan sonra burada qalıb hələki.
Ruslan-dan
-Hamsı buna görə cavab verəcək hamsı!!!
-Mənim heç kəsdən intiqam alacaq gücüm yoxdur Ruslan.Sadəcə bu həyatdan bezmişəm artıq.Jasmin.Mənim Jasminim öldü.Yaşayıb-yaşamadığımın,nəfəs alıb-almadığımın heç bir mənası yoxdur...
1 il 5 ay sonra
Ruslan məni görmək isdəyirdi yenə?Bilmirəm bütün bu suallara cavab tapmaq üçün onunla görüşməli idim.Meyxanədən çıxıb görüşəcəyimiz yerə tərəf addımlamağa başladım.Zirzəmiyə çatdığımda qapıya 3 dəfə toxundum.Bir neçə saniyyə sonra qarşımda ümidli bir baxışlarla məni süzən Ruslanı gördüm.
-Keç içəri Rüstam bayırda hava çox soyuqdur.
Asta addımlarla içəri girib aşağı endim.Ruslanın qaladığı ocağın ətrafında oturub əllərimi ocağa tərəf tutdum.
-Məni niyə çağırmısan?
-Rüstam geri qayıtmalısan
-Niyə,bir sevdiyimi daha itirmək üçünmü?
-Yox sənə aid olanları əlində saxlamaq üçün
-Başa düşmədim?
-Çingiz və ətrafı son dərəcə təziq göstərirlər şirkətlərə.Artıq tək bacarmıram yanımda olmalısan.
-Səncə mənə maraqlıdır bunlar Ruslan?Hər şeyi,istədikləri hər şeyi götürsünlər.
Bunları deyib ayağa qalxdım və ona son sözümü deyib otaqdan çıxdım.
-Birdə məni belə məsələlər üçün bura çağırma.
Hava içəri girdiyimdən daha çox soyumuşdu.Şaxtalı qışın sərt küləyi bədənimi kəsirdi.Qar o qədər şiddətlənmişdi ki,hətda ayağımın altını belə görmürdüm.Elə buda mənə baha başa gəldi bir neçə addım atmışdımki qarın üzərinə sərildim.Ayağa qalxmağa nə gücüm nədə taqətim qalmışdı.Çox çətinliklə sürünərək evimə çatdım.Əslində bura ev demək o qədərdə düzgün sayılmazdı.Nə divarları,nə tavanı, nədə düzgün bir qapı bacası var idi.Ama olsun mənə bəs edirdi.Çətinliklə ocaq düzəldə bildim.Bu otağı bir qədər təmir etməli idim.Ədyallarıma bürünüb ocağın yanına uzansamda soyuq get-gedə bədənimi əsir alırdı.Əllərimi hərəkət etdirməkdə çətinlik çəkir,bir qədər ocağa tərəf tutub yenidən qoynuma aparırdım.Deyəsən,qar bu gün var gücünü göstərmək istəyirdi.Ən yaxşısı yuxuya getməkdir amma onuda baca biləcəyəmmi?.Çox çətinliklə gözlərimi yumub yuxuya getdim.Gözlərimi qapatsamda sanki onun baxışları hələdə mənə tərəf baxırdı.Səhər oyandığımda artıq tam bir gün kemişdi.Hava bir qədər sakitləşmiş qış isə bir qədər mülayimləşmişdi.Bu çətin gecədən sonra mən bir qərar almışdım...
London (Böyük şirkətlərdən biri)
-Hər şey hazırdır?Belə bir fürsət bir daha ələ keçməyəcək.
-Narahat olmayın cənab,bu gün müqavilə imzalanacaq.
-Qonağımız nə zaman Londona çatır?
-Cəmi 1 saat sonra o,burada olacaq.
Bir saat sonra nəhəng şirkətin əzəmətli görkəmi qonağın binanı bir neçə dəfə süzməsi ilə nəticələndi.
-Cənab,əşyalarınız otağınıza yerləşdirilib.
-Təşəkkür edirəm
-Və nəhayət bizim çox dəyərli ortağımız gözəl şəhərimizə təşrif buyurdu,-Deyə səsləndi Martin.
Qonağ isə gülümsəməklə kifayətləndi.
-Buyurun cənab içəri keçək
Hər ikisi şirkətə daxil olub müqavilələr imzalanacaq otağa tərəf addımlamağa başladılar.Sanki bütün şirkət bu qonağın seyrinə dayanmış,heç biri gözlərini ondan ayıra bilmirdi.Bu müqavilə hər iki şirkət üçün daha güclü olacağı 10 il vəd edirdi.Nəhayət gözlənilən an çatmışdı.Hər iki şirkət sahibi otağın qarşı tərəflərindən irəli addımlamağa başladılar.Bir neçə saniyyə sonra qarşı-qarşıya dayanmış bir qədər bir-birini süzdükdən sonra ilk əl uzadan tərəf Martin oldu.
-Şəhərimizə və şirkətimizə xoş gəlibsiniz cənab,"Rüstam bəy"
-Xoş gördük cənab,Paul və cənab,Martin.
-Buyurun əyləşin müqavilələri gözdən keçirək.Nə içmək isdəyərsiniz?
-Sadə bir qəhvə zəhmət olmasa(Gülümsəyərək).
-Bir neçə dəqiqə keçmiş tərəf müqabilləri razılıq əldə etmiş,imzalar atılmışdı.
Bu müqavilə hər iki şirkətin gücünə güc qatmış,onları öz sahələri üzrə lider etmişdi.Rüstamin isə geri dönüşü sadəcə möhtəşəm olmuşdu
MüəLLif: Джиган(А л и)






