"Bir bəxtsiz məLəyin taLeyi ..." Meley0001 iLə müsahibəm

"Bir bəxtsiz məLəyin taLeyi ..." Meley0001 iLə müsahibəm


"Bir bəxtsiz məLəyin taLeyi ..." Meley0001 iLə müsahibəm

SaLam əzizLərim!Necəsiz? Bu mənim iLk müsahibəmdir ki,hazırLayıram.Və bu işdə mənə MELEY0001 bacım kömək etdi.Yəni iLk müsahibəmin müsahibi MELEY0001 bacımızdır :) Ümidvaram bəyənərsiz ^^



1)Adın Soyadın?

Adım soyadım elə Mələy0001 qalsın




2)Təvəllüdün?

1993 iyulun 9



3)Kənardan deyilən fikirlərlə razılaşan Mələy0001 ya özünə məxsus fikirlərini açıq şəkildə deyə bilən Mələy0001?

Kimə nə lazımdır sözümü deyirəm mənim nə qədər xoş üzüm varsa o qədər pis



4)Səninçün əsl qadın xoşbəxtliyi nələrdən və ya kimlərdən ibarətdir?
Şirin evi Allahın gözəl payı olan övladları və onu sevən həyat yoldaşı budu qadını xoşbəxt edən amillər







5)Hər hansısa bir iş görərkən dərinliyə getməyi sevirsən ya daha asand yollarla işi həll etməyi?
Dərinliyə gedirəm hər zamanda başım ağrıyır ona göre yenə də peşman deyiləm:)



6)Qərarlar verərkən düşüncəndə olan sənin xoşbəxtliyindi yoxsa "Kim nə deyər" prinsipi?

Gəl etiraf edək ki müəyyən qədər hamı bu prinsiə qulaq asır niyə səbəb onun üçün ki qınaq obyekti deyiləm bir şey var hər halda heç kəs qınaq obyektinə çevrilmək istəməz eləcə də mən



7)Hər birimizin həyatında bəzən elə anlar olurki istədiyimiz hər hansısa bir şey alınmayanda Tanrıya üsyan edirik.Mənim "bəzən" dediyim səndə də bəzən olur ya daha çox?

Mənim Allahdan həmişə ağlaya ağlaya danışdığım tərk dərdim odur ki Allahım niyə HAQQIM itir və məni də daş qəlbli etsin amma nə qədər istəyirəm ola bilmirəm



8)Ömründən ötən hər saniyəni qiymətli dəyərləndirə bilirsən yoxsa su kimi axıb getməyinə göz yumursan?

Bəzən su kimi axıb gedir əlimdən heç nə gəlmir







9)Sırf gülün gözəlliyini daha da yaxından hiss edə biləsən deyə tikanının səni incitməyinə razı olardın?

Bəzən biz insanlar da bir xüsusiyyət var nəyisə istəyəndə o əlçatılmaz olur əldə edəndə adiləşir
Ona görə bəzən elə şey varki elə qoymaq lazımdır ki əlçatılmaz olsun




10)Həyatından 1 film çəkilsəydi və filmin matajçısı sən olsaydın mantaj eləmək istədiyin yerlər çoxmu olardı?

Ehhhh i qədər demək olar ki 70% mantaj edərdim istəməzdim heç kəs o filmə baxanda göz yaşlarına qərq olmasın



11)"Diqqət et gör hardan-hara gəlmisən
Ən uzun cümləyə sığmayan adam,
Kiçik bir nöqtəyə sığa bilmisən"
-kimi bir misraları demək istədiyin biri olub?

Olub və demişəm də amma nə fayda....



12)Həyat adlanan teatrda sənə verilən roldan razısan?

Bəzən hə bəzən yox yenə Həmişə Şükür edirəm Allaha







13)Həyat səninçün günahsız bir uşağın "pulunuzu mən oğurlamadım" gerçəyini sübut edə bilməyəcəyi qədər çətindi yoxsa varlı birinin lüks mənzilində oturub xidmətçisinə "1 qəhvə gətir özüdə köpüklü olsun" Deyəcək qədər asand?

O qədər insanlar daş qəlbli olub ki deyirsən gərək and içirsın yenə şübhə olur mənim üçün ovladlarımdan qiymətli heç nə yoxdur həmişə onların canına and içən də məndən ondan sonra heç nə demərəm artıq özləri bilsin inanırlar inansınlar ya inanmaslnlar



14)Sevgidən nifrətə 1-cə addımdı deyirlər.Sən hər xırda səhvdə bu addımı asanlıqla atardın yoxsa yerində qalmaqçün əlindən gələni edərdin?

Hə bir səhv addım insanı gözümdən salar



15)Ağacdan kağız istehsal edib üzərinə "Ağacları qoruyun" yazılan bir cəmiyyətdə yaşayan insan kimi bu cəmiyyətə münasibətin necədir?

Ehh cəmiyyətdi hərə özünə necə sərf edir elə hərəkət edir elə danışır



16)"Bu sondu" dediyin vaxtlarda ən başa qayıtdığın anlar olub?

Elə hər gün olur amma bəzən o qədər yıxılıram ki mənəvi cəhətdən deyirəm adi bir cümlə də məni məhv edə bilər günlərcə onun təsirindən çıxa bilməyən insanam çox təəssüf ki....







17)Virtualda tanıdığın və həmsöhbət olduğun insanın sözlərindəki səmimiyyətə nə dərəcədə inanırsan?

Uje sayla insana inanıram çünki bəzən deyirəm mən bu aləmdə böyüdüm o qədər gördüm saxta səmiyyət vay halına ki yıxılma yıxıldın işin bitdi birinci baltanı vuran dostun dediyin insanlar vuracaq



18)Burdakı hansı userləri realda da tanımaq istərdin?

Meleyim 1



19)Biraz da əvvələ gedək..necə bir uşaq olmusan,uşaqlığın necə keçib?

Uşaqlığım çətinlik kasıblıq və can ağrısı ilə keçib o qədər gözəl uşaqlığım olmayıb



20)Balaca olanda o uşaq ağlınla nədən qorxurdun? ən çox qorxudan,tüklərini biz-biz edən nə olub?

Mən cücədən zaddan çox qorxuram indi də qorxuram
Onu mənə tərəf gətirsələr elə bilirdim mənim ürəyim partlayacaq ondan çox qorxurdum
Birdə atam hər xəstələndə çox qorxurdum deyirdim nəsə olacaq çox qorxurdum








21)İkimiz bir yerə getsək və oranı seçmək qərarı sənin olsa hara gedərik?

Mən Müqəddəs torpaqlara deyərdim çünki ən gözəl yerdi Oralıq



22)Franz Kafka deyir ki;"Bir gün ölmək üçün hər gün yaşayırıq".İnsan həyatda 2 dəfə ölür.Və son nəfəsində də ağrı hiss edirsə deməli,hələ ölməyib,çünki ağrıdan həyatdır.Çətin günlərində etdiyin fədakarlıqlar nələrdir və peşman deyilsən?

Peşmanlığım hər üzmə güləni dost bacı qardaş bilmişəm bu da mənim mənfi cəhətim bu xasiyyətimə nifrət edirəm və fədakarlığım Allah bilir o qədər çətin günlər yaşayıram Rəbbimiz hamıya kömək olsun eləcə də mənə



23)Müharibənin ən qızğın vaxtında cəbhədə döyüşən bir əsgər olduğunu düşün.Qəflətən düşmən gülləsinə tuş gəlsən və əbədiyyət qaçınılmaz olsa yaxınındakı əsgər yoldaşlarına deyəcək sözün nə olardı?

Balalarımı kimsəsiz köməksiz tənha qoymasınlar



24)Təbəssüm.Bu,səndə qısaca əşşi deməkdi ya razılıq əlaməti?

Təbəssüm məndə razılıq əlamətidir çünki məndən bir şey istəyəndə uşaqlar bəzən gülürəm onda deyirlər anam razıdı:)







25)Tez-tez "ölüm" sözünün keçdiyi suallar verirəm amma mənim üçün ölüm əbədi yaşamın ilk mərhələsidir.Yaşadığın il ərzində neçə dəfə qocalmısan ya da əbədiyyət sənin üçün nə ifadə edir?

İndi yaşım 25 olsada daxilən 40 yaşında hiss edirəm çiyinlərim də o qədər yük daşıyıram daha taqət tab qalmayıb
Əbədiyyət mənim üçün ən azından hamı orda eyni olur burdakı kimi insanlar öz mənafeləri üçün hər şey etmirlər




26)Hava,od,su və torpaq;bu 4 elementdən hansı olmaq sənin üçün kifayət edər? Hamının hiss etdikləri qövmündə və görkəmində dəyişiklik yaratmır.əsas ruh bunları hiss edir.Və biz hamımız insan cildində ruhlarıq,əgər həqiqətən də hiss etməyi bacarırıqsa.Ruhun külək olub hansısa bir alovu körükləndir?r ya su olub sonsuzluqda rəqs edər?Yoxsa torpaq olub min illərlə sirlər saxlayar?Və ya od olub hər şeyə son qoyar?

Od olub hər şeyə son qoyardım



27)Kitab yazarı olsaydın kitabının adı nə olardı? Lev Tolstoy kimi 12 cildlik kitab olmasa da, yazsan öz həyatında öyrəndiklərini yazardın yoxsa ümumiyyətlə başqasının həyatını?

Bir bəxtsiz mələyin talehi qoyardım kitabın adını
Öz həyat hekayəmi yazardım




28)Marsdakılar deyir;"Narahat olmayın,Mars hücum etməyəcək,siz özünüzü və öz planetinizi öldürməklə onsuz da yaxşı iş görürsünüz".Bizdən ağıllıdılar,hə..;) Səncə biz özümüzü necə öldürürük,məcazi mənada?

Çünki bu qədər xeyir işləri görmürük mənim üçün mənəvi məcazi mənada özümüzü öldürmək deməkdir







29)Mahnıların yaşam qaynağı olduğunu tez-tez litota ilə Ifadə edirik.Azan kimi bütün insanlığa oxunmasa da ,elə bir mahnı olubmu ki, dərində basdırdığın yaralara sarğı olsun?

Ana muğamı var Elnarə Abdullayevanın ifasında o mahnını eşidəndə çox pis oluram



30)Bəzi xatirələr var..İtirilmiş vüqarlar..həyat axıb gedərkən sənin sən olub ağlından keçən gözəllikləri etdiyin vaxtlar olub?

Mənim üçün gözəl günlər barmaq sayı ilə olub oda yadımda qalıb hamısı:(



31)Həyat şahmat oyunundakı kimidir.Oyun qurtarandan sonra şah və vəzir eyni qutunun içinə girir.Amma bir şey maraqlıdı ki,yenidən oyuna başlayanda şah şahlığını edir,vəzir də vəzirliyini.Və bu oyunda elə belə də olmalıdır.Səncə insanlar bilə-bilə həyatda dikbaşlılıq edirlər yoxsa onlar buna məcburdur? Ya da tanıdığın birinin dediyi kimi;"əllər var dolu qızılla,dolu üzüylə,deyil xoşbəxt".

Bəzən dikbaşlığı ilə sözünü deyəni haqqını tələb edəni səhv salırlar
Bizim millətin bir qaydası var ittiham o qədər asand gəlir eləmək amma heç oturub ağıllarının ucundan keçmir ki ay insan qoy bunuda dinləyək bərkə açıqlaması var
Bax budur bizim millətin qanuni haqqı mədəni sürətdə uddurlar
Dikbaşlıq başqa mövzudur can




32)Hamı düşünür ki,quşlar azad varlıqlardır.Çünki hər yerə uça bilərlər.Və sual verirlər ki,quşlar hər yerə Gedə biləcəykən niyə eyni yerdə qalırlar?Bu sualı sənə verirərm.Niyə yaşadığın yerdəsən,səni orda tutan nədir?

Atam canı imkanım olsa başımı götürüb qaçaram ailəmlə balalrlmla sadəcə imkansızlıq







33)Loading.az ailəmizin bir fərdi kimi ailəmizə və onun üzüvlərinə nə arzu edərdin?

Allah hamınıza yar olsun Rəbbimiz hər çətinlik də Sizə Səbr diləyirəm
Və sizə yaxın olanları incitməyin bir kəlmə söz onun qəlbini qırmağa kifayət edər.....




34)Və sonda suallarım haqqında fikirlərivi öyrənmək istərdim.Buyur:

Çox gözəl məntiqli suallar idi can bəyəndim əllərinə sağlıq can






Vəə sonda bacıma qəbuL edib cavabLandırdıgına görə çox sagoL deyirəm!^^ :love:



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
684 685 723 689 593 679

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.