ice berg

ice berg İdman 23-11-2025, 15:00

“Real” onu klubun "irsi" hesab edir

“Real” onu klubun "irsi" hesab edir

Madridin "Real" klubu və hücumçu Vinisius Junior 2027-ci ilin yayında başa çatan müqavilənin uzadılması ilə bağlı yekun razılaşma şərtləri düşünürlər. Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyir.

 

Loading.aZ xəbər verir ki, “Real” rəhbərliyi 25 yaşlı futbolçunu klubun “irsi” hesab edir.

 

Məlumata görə, klublararası dünya çempionatından sonra tərəflər arasında yeni müqavilə ilə bağlı yaranan ziddiyyətlər son həftələrdə aradan qaldırılıb. Vinisius və “Real” anlayır ki, əmək müqaviləsinin uzadılması şayiələri dayandıracaq. Nəticədə “sabitlik və sakitlik mərhələsi” başlayacaq. Bu mərhələdə həm futbolçu, həm də klub idman, sosial və iqtisadi baxımdan fayda əldə edəcək.

 

Vinisius 2018-ci ildən “Kral klubunun” heyətində çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 338 oyuna çıxıb, 111 qol vurub və 87 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 150 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 153 196 202 196 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.