ice berg

ice berg Şeirlər 27-11-2025, 22:00

bu sevda sirli üçbucaq , qalmışam tənbölən kimi

bu sevda sirli üçbucaq , qalmışam tənbölən kimi

Necə ecaz, necə sirsən ?

Dirildirsən, gülən kimi ...

Nə sənə ağa oluram ,

nə oluram kölən kimi .

 

Yolun sonu isti ocaq ,

həsrəti var, qucaq-qucaq,

bu sevda sirli üçbucaq ,

qalmışam tənbölən kimi.

 

Soyuq gedir, ilıq qalır,

könül torda balıq qalır,

ha bolürsən, qalıq qalır,

bolünmür ki, bölən kimi.

 

Yaxındımı, yoxsa yaddı ?

Bal göründü , acı daddı,

bu nə alov, bu nə oddu?

Bilmək olmur bilən kimi.

 

Duyğu ağıla ram deyil,

arzu şamdı, o kam deyil ,

şam ömrü də yaşam deyil,

yanır, sönür ölən kimi.

 

 #MahirDiniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 269 213 236 192 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.